"Evli ola-ola mənə sevgi elan edən kişilər..." - Azərbaycanlı aktrisa şəxsi həyatından danışdı

"Evli ola-ola mənə sevgi elan edən kişilər..." - Azərbaycanlı aktrisa şəxsi həyatından danışdıGənc aktrisa Rada Nəsibovanın yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bu gün subaylardan çox evli kişilərin xanımlara eşq elan etməsi sanki dəb halını alıb. Sənə belə etiraflar çox olur?

– O qədər… Evli ola-ola mənə sevgi elan edən kişiləri heç cür qəbul etmirəm.

– Yəni eşq elan edənlərin hamısı ailəlidir?

– Çoxu evlidir. Bir də görürsən təəssüflə yazırlar ki, kaş səni illər öncə tanıyaydım. Biri yazır ki, səndən xoşum gəlir, amma ailəm, uşağım var. Belə sevgi etirafları o qədər olur ki, özüm də bezirəm.

– Bəs nə cavab verirsən?

– Deyirəm, indi mən günahkar deyiləm ki, əvvəllər sizin rastınıza çıxmamışam. İndi olmadı da, neyləyək. Bu da yəqin bir qismətdir. Siz hələ bir qadını xoşbəxt edin, onu yarıyolda qoymayın, yetər.

– Yəni evli insanla sevgi yaşamazsan?

– Yox. Evli kişinin məşuqəsi olmaqdansa, tək yaşamağa üstünlük verərəm. Çünki həmin kişinin qadını ilə də münasibətlərinə xələl gələ bilər. Həm də niyə hansı kişinin həyatında ikinci olmalıyam? Elə birinci olaram da.

– Amma deyirlər, "sevginin gözü kor olur"…

– O da düzdür. Allah başıma gətirməsin, insan sevəndə o böyük sevginin qarşısında aciz olur. Amma bunu özümə arzulamıram. Çünki bu sevgi qadına xoşbəxtlik gətirmir. Biləndə ki, o kişinin yarısı sənə, yarısı xanımına məxsusdur, tam xoşbəxt ola bilmirsən. Başqa qadının ərindən olan uşağını gizlətməyə məcbursan. Bu yaxınlarda bir sevgi etirafı oldu. Yazdım ki, qadınına dəyər verməyən kişi başqa bir qadına necə dəyər verə bilər axı.

– Əks cinsdə hansı xüsusiyyətlərə üstünlük verirsən?

– Təmizliyə üstünlük verirəm. Kişinin səliqə-səhmanlı, zövqlü olması mənim üçün çox əhəmiyyət daşıyır.

– Hansı xüsusiyyətinə görə o oğlandan uzaqlaşardın?

– Yalana görə. Hərçənd oğlanlar yalanlarını üzə vurmayan qadınları daha çox bəyənirlər. Onlar bağışlayan, özünü görməməzliyə vuran qadınları sevirlər. Elə şeylər var bağışlamaq olar, amma elə şeylər də var ki bağışlamaram.

– Məsələn, nəyi?

– Xəyanəti. Bunu qadın üçün təhqir hesab edirəm. İnanmıram ki, hansısa qadın xəyanəti bağışlasın.

– Hərdən fikirləşmirsən ki, vaxt keçir, ailə qurmaq vaxtıdır?

– Bu, qismətə bağlıdır. Həyat istədiyimiz kimi davam etmir. Hər bir qadının arzusudur ki, mükəmməl ailəsi olsun.

– Sənət adamlarının çoxu şəxsi həyatını səhnəyə qurban verir, sonra da peşmançılıq hissi yaşayırlar. Sən necə düşünürsən?

– Mən əvvəllər düşünürdüm ki, heç kəsə görə sənəti qurban verməyə dəyməz. Çünki kim mənə görə nəyisə qurban verdi ki, mən də kiməsə görə nəyisə qurban verim?!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3037   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29.04.2024 989
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1484
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 366
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 940
.

Vəfa Moskvada hava limanında saxlanıldı - VİDEO

Tanınmış müğənni Vəfa Şərifovanın başına iş gəlib. xəbər verir ki, sənətçi toy mərasimində iştirak etmək üçün Rusiyaya üz tutub. O, Moskvadakı Domodedovo hava limanından paylaşım edərək üzləşdiyi çətinliyi izləyiciləri ilə bölüşüb. Vəfa ac-susuz vəziyyətdə, artıq ölmək üzərə olduğunu dilə gətirib. Saatlarl

27.04.2024 22578
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2763
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 413
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 692
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2036