Mətanət i̇sgəndərliyə sevgililər günündə sevgi etirafı: illər öncə onu sevən şəxs studiyaya gəldi

Mətanət i̇sgəndərliyə sevgililər günündə sevgi etirafı: illər öncə onu sevən şəxs studiyaya gəldiBu gün əməkdar artist Mətanət İsgəndərli Zaur Kamalın aparıcısı olduğu "5/5" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, efir zamanı ona sürpriz edilib. Zaur deyib ki, vaxtilə onu sevən bir nəfərlə bağlı sujet təqdim olunacaq. Sevindik adlı şəxs Rusiyada yaşayıb, iki qız övladı var və onları da ərə verib, hazırda nəvələri də var. O nəvələrindən birinin adını da Mətanət qoyub

Həmin şəxs sevgi etirafını bu cür edib:

"O vaxtlar Yasamalda yaşayırdıq. Mətanət xanım da tez-tez evimizin yanından keçirdi. Mən də ona gizlin-gizlin baxırdım. Ona başqa aşiq olanlar da vardı. Bu da istər-istəməz məni qısqandırırdı. Səhv etmirəmsə, 21 nömrəli məkdəbdə oxuyurdu. Evdə də bilirdilər ki, mən Mətanət xanımı sevirəm. Atam da deyirdi ki, onu sevmə, o, müğənni olacaq. Sonra atam rəhmətə getdi, başım ona qarışdı, xəbərim olmadı. Mətanət xanıma da sevgi etirafımı edə bilmədim. Bir də onda xəbərim oldu ki, Mətanət xanım artıq ailə qurub. Sonra çətinliklərlə əlaqədar Rusiyaya gedəsi oldum. Oradan qayıdandan sonra da, əlbəttə ki, evləndim, artıq nəvələrim də var. Hətta mən uşaqların toyunda Mətanət xanımı da dəvət etmək istədim, amma həyat yoldaşım bu məsələni bildiyi üçün etiraz etdi. Ona görə də çağıra bilmədim. Bu gün Sevgililər günü olduğu üçün radioya, Zaur müəllimə zəng etdim. Bu gün, Sevgililər günündə Mətanət xanıma demək istəyirəm, mən vaxtilə onu sevmişəm. Heç kim pis başa düşməsin. İndi onun da ailəsi var, mənim də. Sadəcə olaraq, istədim ki, bu, ürəyimdə qalmasın, gec də olsa, etiraf edim. Mənim o xanıma hörmətim sonsuzdur".

Tanınmış müğənni həmin şəxsi dinləyərkən kövrəlib və şokda olduğunu deyib:

"Bayaqdan şokdayam. Özü də gözəl kişidir. Mənim heç nədən xəbərim olmayıb. Görün necə səmimi insandır. Görün necə cəsarətli insandır. Onun ailəsi var və bilir ki, ailəsi onu başa düşür".

Bu açıqlamalardan sonra isə həmin şəxs əlində gül buketi ilə studiyaya gəlib. M.İsgəndərli də deyib ki, oğlum indi gəlib məni öldürəcək, belə şeyləri xoşlamır.

Mətanət i̇sgəndərliyə sevgililər günündə sevgi etirafı: illər öncə onu sevən şəxs studiyaya gəldiMətanət i̇sgəndərliyə sevgililər günündə sevgi etirafı: illər öncə onu sevən şəxs studiyaya gəldi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 952   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

27.04.2024 228
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 229
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

13:00 186
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

11:40 259
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

12:10 161
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

20:10 37
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

14:00 179
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 294
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 150