Xətainin icra başçısı Küpəgirən Qarıdan sonra xeyir-şər evini də sökdürür - FOTOLAR

Xətainin icra başçısı Küpəgirən Qarıdan sonra xeyir-şər evini də sökdürür - FOTOLARBakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsində sakinlər tərəfindən tikilmiş mərasim evi, həmçinin əvvəllər şadlıq evi kimi fəaliyyət göstərmiş kafenin söküntüsünə başlanılıb.

BiG.AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Söküntü təxminən 1 hektardan çox ərazidə aparılır. Sakinlərə ərazidə ticarət mərkəzi tikiləcəyini söyləyiblər. "Tikintini aparan şirkətin adı gizli saxlanılır, amma sakinlərə dedilər ki, narazılıq etmək lazım deyil, yeni tikiləcək obyektin bir mərtəbəsində də mərasim evi açılacaq. Buna görə də gözləyirik", -Adil adlı sakin deyib.

Digər sakinlər isə tikinti aparan şirkətin Xətai Rayon İcra Hakimiyyətindən icazə aldığını söyləyiblər: "Heç kim razılaşdırmadan daşı-daş üstünə qoya bilməz".

Amma tikinti şirkətinin onları aldadacağından narahat olanlar da var. Sakinlərdən biri deyir ki, 3-cü binanın qarşısındakı yaşıllıq ərazisi məhv ediləndə yerində park salınacağını demişdilər. Amma çoxmərtəbəli bina tikildi.

"Biz hələ ki gözləyirik, yəqin ki, özülqazma işlərindən sonra burada bina tikilib-tikilməyəcəyi bəlli olacaq, görək nə baş verir..."-sakin deyir.

Hazırda Seyid Əzim Şirvani küçəsi də daxil olmaqla Xətai rayonunda boş ərazi qalmayıb. "Əhmədli" stansiyasından "Bakı kinoteatrı"na və əks istiqamətdə gedən yolların kənarı boyu kommersiya obyektləri sıralanıb.

"Əhmədli" stansiyasının yaxınlığında, Sarayevo küçəsində iki yolun ortasındakı ayırıcı zolaqda üçmərtəbəli kommersiya obyektinin tikintisi də tamamlanmaq üzrədir. Tikintinin başa çatdığı yerdən yol boyu yaşıllıq zolağı çoxdan məhv edilib, qalan ağaclarının dibinə zibil tullantıları yığılıb.

Xatırladaq ki, yolun ortasında ağacların kəsilərək yerində obyekt tikilməsinə görə bu ərazidə sakinlər dəfələrlə aksiya keçiriblər. Lakin tikinti dayandırılmayıb. Bu günlərdə isə Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov həmin obyektin yaxınlığında- Qaçaq Nəbi küçəsində yerləşən "Urfa" türk restoranının qarşısında rus nağıl qəhrəmanlarının, o cümlədən Küpəgirən Qarının heykəlini "sakinlərin gediş-gəlişinə mane olduğu" üçün sökdürmüşdü. Yolun düz ortasında tikilən nəhəng obyekt isə bu məntiqlə yanaşanda yəqin ki, sakinlərin gediş-gəlişini "asanlaşdırmağa" hesablanıb...

Xətainin icra başçısı Küpəgirən Qarıdan sonra xeyir-şər evini də sökdürür - FOTOLARXətainin icra başçısı Küpəgirən Qarıdan sonra xeyir-şər evini də sökdürür - FOTOLARXətainin icra başçısı Küpəgirən Qarıdan sonra xeyir-şər evini də sökdürür - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1690   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

14:10 174
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 154
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

18:20 108
.

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, "QAZel" markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığ

27.04.2024 388
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

20:10 37
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

18:10 120
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 642
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

21:00 0
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

17:20 131