"Anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər..." - Sevincin ürəkparçalayan AİLƏ DRAMI

"Anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər..." - Sevincin ürəkparçalayan AİLƏ DRAMIHəyatda heç kimə öz valideynlərini seçmək şansı verilmir. Heç dünyaya gəlmək istəyib-istəmədiyimiz belə bizə sual edilmir. Bu da həyatın bir qanunudur. Bəlkə də körpələr onları hansı həyatın gözləyəcəyini duyur deyə, dünyaya gələndə var gücləri ilə gələcək talelərinə ağlayırlar. Bəlkə də yox. Budəfəki həmsöhbətim də seçmədiyi ailədə dünyaya gəlib, seçmədiyi həyatı yaşayan, kimlərinsə qurbanı olan qadınlardan biridir. 3 uşaq anasıdır. Oğlanlarımdan çox qızının taleyi üçün narahat olduğunu deyir.

Publika.az "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınan 3 uşaq anası, 24 yaşlı Sevinc Mahmudovanın (ad şərtidir) tükürpədən taleyini təqdim edir:

"Atam anamı döyüb, işgəncə edirdi. Bir dəfə də çılpaq halda, qarın üstündə o qədər döymüşdü ki, anam özündən getmişdi..."

Sevincin anası tatar əsillidir, atası isə Rusiya vətəndaşı olub. Dediyinə görə, atası ilə anası heç vaxt normal ailə olmayıblar. Nəhayət, xəyanət üstündə də ayrılıblar:

"Atamla anam təsadüfən tanış olub, ailə qurmuşdular. Biz dünyaya gələndə Ukraynada yaşayırdıq. "Mehriban ailəmiz, gözəl uşaqlığımız olub", deyə bilmərəm. Çünki atam anamı sevmirdi. Həmişə mübahisə edirdilər. Bir-birinə olmazın söyüşlərini deyirdilər. Adamın ölüsü-dirisi nə qədər söyülər?! Hər mübahisənin sonunda anam möhkəm döyülürdü. Bir dəfə qış fəsli idi, gəzməyə çıxmışdıq. Anam, qardaşım və mən. Qardaşım üşüdüyü üçün evə tez qayıtmalı olduq. Qayıdanda isə gördüyümüz mənzərə anamı dəhşətə gətirdi. O, atamın ona xəyanət etdiyini öz gözləri ilə gördü. Onda məni və qardaşımı da götürüb, evdən getmək istədi. Atam isə qardaşımı aparmasına razı olmayıb, mübahisə yaratdı. Daha sonra da anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər döydü. O, qardaşımı anamın əlindən alıb, bizi çölə atdı. O vaxtdan kişilərdən iyrənmişəm. Biz anamla rəfiqəsigilə gəldik. Bir müddət belə yaşadıq. Anam küçələri süpürürdü, qazandığı ilə də qarnımızı birtəhər doyuzdururduq. Həmişə qardaşımla əlaqə qurmağa çalışırdı, oğlu üçün narahat idi. 16 yaşım tamam olana qədər qardaşımdan heç bir xəbər ala bilmədik. Atam bütün nömrələri dəyişdirmişdi. Anamla yenicə doğum günümü qeyd etmişdik. Üstündən 2 gün sonra isə anam gecənin bir vaxtı oyandı və ağlaya-ağlaya başqa rəfiqəsigilə gedəcəyini dedi. Heç nə başa düşmədim, mən də oyandım, əynimi geyinib, onunla getmək istədiyimi dedim. Amma qoymadı…"

Sevinc anidən susdu... Sanki, həmin gecəyə, həmin ana bir daha qayıtdı. Nəzərləri o qədər dərin boşluğa zillənmişdi ki, bir neçə dəqiqə gözlərini qırpmadı. Göz yaşları isə damla-damla süzülüb ovuclarına düşürdü. Sanki biz görməsək də o, anasını yenidən görür və gözlərini ondan bir an da olsun, çəkmək istəmirdi. İstəməsəm də, əllərini tutub "Anan indi hardadır" sualını verdim.

"Həmin gecə sanki kimsə anamı zorla evdən çıxartmaq istəyirdi. Bilmədim və heç vaxt da bilməyəcəm ki, onu gecənin bir vaxtında tələm-tələsik evdən çıxardan hansı xəbər və ya kim idi. Mən nə qədər yalvardım ki, getmə, xeyri olmadı. Dedim, çox qaranlıqdı, heç olmasa, məni də apar. Amma eşitmədi. Evdən çıxıb, Svetlanagilə gedəcəyini dedi. Son dəfə məni öpüb, "Sən yat, mən tez gedib, gələcəm. Qorxma, qapılar bağlıdı, səhər açılanda yenə yanında olacam" dedi və evdən çıxdı. Getdiyi yolda onu maşın vurmuşdu. Yağış yağırdı deyə, əyninə "kapşon"lu ağ polverini geyinmişdi. Qəza anında polverin kapşonu avtomobilin dəmirlərinə ilişib onu bir neçə metr irəliyə sürümüşdü. Hadisə o qədər sürətli olub ki, anamın salamat sümüyü qalmamışdı. Bütün dərisi asfaltın üstündə qalmışdı, tanımaq olmurdu. Sürücü onu yol kənarında dərəyə atıb, qaçmışdı. Bir gün ondan xəbər ala bilmədim. Növbəti gün isə polislər qapıya gəlib, "anan ölüb" dedilər. Dodaqlarım qurudu. Dilim söz tutmadı. Ona "getmə" demişdim, "məni də apar" demişdim. Heç olmasa, orda olsaydım, bəlkə xəstəxanaya çatdırardım onu. Bəlkə də indi həyatda olardı, mənim də başıma bu hadisələr gəlməzdi…"

Sevinc deyir ki, anasının rəfiqəsi bir müddət ona baxıb, daha sonra isə başından etmək üçün bəhanələr gətirib. Nəhayət, qərara gəlib ki, Sevinci 40 yaşlı kişi ilə tanış etsin:

"Anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər..." - Sevincin ürəkparçalayan AİLƏ DRAMI"Anamı itirəndən sonra bir neçə gün ölü kimi oldum. Svetlana mənimlə danışırdı. Mənə özümü qadın kimi aparmağımı deyirdi. Bəzəkli paltarlar alırdı. Hər gün evə adamlar gəlirdi. Əksəriyyəti kişilər olurdu. Bir dəfə də adi günlərdən birində, mənə dedi ki, istəyirsən səni bir kişi ilə tanış edim. Evlən, ailən, uşaqların olsun, tək qalma. Mən də razılaşdım. Məni Sergey adlı bir nəfərlə tanış etdi. Elə bilirdim cavan, həmyaşıdım bir oğlan olacaq. Amma gerçəklər çox fərqli idi. Onun 40 yaşı vardı, mənim isə 16. Həyatda heç kimim qalmamışdı. Tək qalmaqdan qorxurdum və onunla evləndim. Sergey elektrik idi. Məni götürüb, özünə aid çay qırağında kiçik bir koması vardı, ora apardı. Zamanla onu sevməyə başladım. Bizim 3 övladımız - 2 oğlumuz və bir qızımız oldu. Öz başıma gələnlərə görə, qızımın dünyaya gəlməsinə sevinmirdim. Hər dəqiqə düşünürdüm ki, görəsən mənə, ya Sergeyə nəsə olsa, qardaşımın məni axtarmadığı kimi, oğlanlarım da onu axtarmayacaq? Bəlkə də atmazlar, amma ürəyimdəki bu qorxu hər saniyə məni narahat edir, rahatlıq vermirdi. Elə də oldu. Sergey ağılsız dostlarının sözünə qulaq asıb, həm özünü, həm məni, həm də uşaqlarımızın həyatını məhv elədi".

Sığınacaqda otaqlar çox balaca olduğundan, bir otaqda səs olan kimi digərində eşidilir. İçəridə iki qız uşağı dalaşırdı. Birdən biri bərk qışqırdı. Sevinc təlaşla yanımdan durdu və qızını axtarmağa başladı. Bir an gözündəki qorxunun böyüklüyünü dərk etməyə çalışdım. Axı qızcığaz buradan heç yerə çıxa bilməzdi. Qapılar bağlı, çöldə də hərəsi bir işlə məğul olan qadınlar. Qızını mətbəxdəki masanın altından tapdı və bərk-bərk qucaqladı. Sonra yanaşı oturan iki balaca oğlan uşaqlarına baxıb, başlarını sığallayıb mətbəxdən çıxdı. Onun nə üçün belə davrandığını isə mən sonra bildim. Sevincin 2 oğlu aylardı yanında deyilmiş. Yenidən bizim üçün ayrılmış otağa qayıtdıq və o, ağlaya-ağlaya qızının saçlarını qoxlaya-qoxlaya davam etdi:

"Anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər..." - Sevincin ürəkparçalayan AİLƏ DRAMI"Bilirsiz, mən aylardır oğlanlarımı görmürəm. Birinin 8, o birinin 3 yaşı var. Məndən alıb uşaq evinə veriblər. Sergeyin səhvi bizi pərişan etdi. Onun da həyatda heç kimi yoxdur, mənim də. Çətin zamanda heç kimin bizə kömək etməyəcəyini bilirdim. Ona hər dəfə deyirdim ki, ehtiyatlı ol. Ətrafındakı insanlar mənim xoşuma gəlmir. Bir gün dostlarından biri bizə gəldi. Uzun-uzun nəsə danışdılar. Hiss edirdim ki, ondan xeyir gəlməz. Sergeyə deyirdi ki, gedək oğurluq edək. İçkili idi. Ona qoşulub, evdən çıxdı. Dedim, getmə, baş qoşma ona. Amma anam kimi, Sergey də məni eşitmədi. Gecə ilə bir evdən oğurluq edərkən, polislər tərəfindən tutuldu. İkisi də həbs edildi. Polisə getdim, bölmədə nə qədər yalvardım, məni yanına buraxmadılar. Sənədlərim olmadığı üçün həyat yoldaşı olduğumu desəm də, icazə vermədilər. Mən də evə qayıtdım. Məhkəmə onu 3 il 6 ay azadlıqdan məhrum etdi. Uşaqlar ac idi. Mən 9-cu sinifə qədər oxumuşam, təhsilim, savadım yoxdur. Bu günə qədər də heç işləməmişdim. Sənədlərimi də itirdiyim üçün ümumiyyətlə, heç yerdə mənə iş vermədilər. Bir müddət ətrafdakı qonşular bizə çörək, paltar yardımı etdi. Nə qədər yardım etsinlər? Onları da qınamıram. Artıq yoruldular və hər kəs bizdən əlini üzdü. Sonra isə oğlanlarımı məndən alıb, uşaq evinə apardılar. Zəng edib danışa bilirəm, ancaq onları görə bilmirəm. Hadisədən sonra artıq o evdə qala bilmirdim. Bir nəfər mənə bu sığınacaqdan danışdı və qızımı götürüb, bura gəldim. Burada söz verdilər ki, həm mənim, həm də uşaqlarımın sənədlərini düzəldəcəklər. Uşaqlarım üçün çox darıxıram".

Bir anlıq susub, pıçıltı ilə "ikinizi də bağışlamayacam" deyərək, sözə başladı. Əvvəlcə, kimi nəzərdə tutduğunu anlaya bilmədim. Sonra isə nifrət və qəzəb dolu səslə ata-anasını nəzərdə tutduğunu dedi:
"Anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər..." - Sevincin ürəkparçalayan AİLƏ DRAMI"Atam anama xəyanət etməsəydi, ailəmiz bu hala gəlməzdi. Bəlkə mən məktəbi bitirərdim. Normal münasibətlər qurardım. 24 yaşımda 3 uşağım var və heç bir yerdə dayağım yoxdur. Həyatda ayaqda qalmaq üçün çırpındıqca, daha da dərinə batdım. İndi də əlacsız halda uşaqlarıma necə baxacam deyə, düşünürəm. 1 ildən sonra yoldaşım həbsdən çıxacaq. O, anamdan-atamdan yaxşı olub mənə. Mənim onu gözləməkdən başqa çarəm yoxdur. Onunla hər şeyi unudub, uşaqlarımı da yanıma alıb, bir də ailə olmaq üçün cəhd edəcəm. Uşaqlarım böyüyüb, amma hələ də sənədləri yoxdur. Sənədləri düzəldə bilsəm, onlara sosial yardımın verilməsi üçün dövlətə müraciət edəcəm. Uşaqlarıma tək baxmağa gücüm çatmaz. Yoxsa indi oğlanlarımdan ayrı qaldığım kimi, qızımdan da ayrı qalacam. Sergeyin əlində sənəti var. Sənədlərim düzəlsin, mən də işləyib kömək edəcəm. Uşaqlarımızla birlikdə, kiçik bir evə köçüb, bütün acı xatirələri unutmaq istəyirəm".

Elə bu vaxt Sevincin qızı qaçaraq yanımıza gəldi. Atasının nə vaxt gələcəyini soruşdu. Sevinc isə kövrək səslə gələcək, bir gün yenə bu saatlarda atan evimizə gələcək. Saata baxdım, 2 tamam idi. Sən demə, Sergey həmişə saat 2-də işdən gəlib nahar edib, yenidən işə gedirmiş. Bu balaca isə 3 ildir hər gün saat 2-də gəlib anasına "atam nə vaxt gələcək" sualını verməkdən yorulmur…

"Anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər..." - Sevincin ürəkparçalayan AİLƏ DRAMI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2084   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 93
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 0
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 610
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 160
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 195
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 105
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 192
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 224
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 212