Vəsiyyətini yazıb cəbhəyə getdi - Şəhidin qızına illərlə yalan dedilər - VİDEO

Vəsiyyətini yazıb cəbhəyə getdi - Şəhidin qızına illərlə yalan dedilər - VİDEOBiG.AZ mubarizim.com-a istinadən şəhid Təyyar Ağayev haqqında "Vəsiyyətini yazıb cəbhəyə gedən şəhid" adlı videomaterialı təqdim edir.

İnsan ona verilən ömürü müxtəlif məqsədlər üçün sərf edir. Amma öz həyatını müqəddəs amal uğrunda qurban vermək heç də hər kəsə nəsib olmur. 90-cı illərin əvvələrində yenicə müstəqillik əldə etmiş Azərbaycanın başının üstünü qara buludlar alanda vətənin qeyrətli oğul və qızları ayağa qalxdılar. Əlbəttə, 20 yanvar hadisələrindən sonra şəhidlik məktəbinin dirilməsi mübarizənin əsasını qoymuşdu.

Minlərlə gənc könüllü olaraq yenicə formalaşmış Milli ordu sıralarına yazılır və ön cəbhədə düşmənlə döyüşlərə yollanırdı.

Qarabağ uğrunda canlarını fəda etmiş minlərlə şəhid, bu günə qədər də taleyi naməlum qalan yüzlərlə soydaşımız var. Bu gün də "Məzarı belə olmayan şəhidlərin" yolunu gözləyənlər, onların nə zamansa doğma ocağa qayıtması ümidi ilə yaşayanlar var.

Mübarizim.com "Şəhid ailələri" layihəsi çərçivəsində yenidən yola çıxdı. Bu dəfə Qarabağ müharibəsində şəhid olmuş Təyyar Ağayevin evini ziyarət etdik. Lökbatan qəsəbəsi... Şəhid Təyyarın ailəsinin yaşadığı evin qapınısı döyürük. Hələ də onun gələcəyi ümidi ilə yaşayan böyük qardaşı Əyyar Ağayev, cəmi 11 ay evli olduğu xanımı Bənövşə Ağayeva qarşılayır bizi.

Masanın üzərində şəhid Təyyarın böyüdülmüş şəkli və ondan qalan son xatirələr var. Özünü bu əşyalarla ovunduran böyük qardaşı Əyyar Ağayev ata qayğısı ilə Təyyar haqqında danışır.

Təyyar cəbhəyə gedəndə cəmi 10 ay imiş ki, ailə qurubmuş, övlad gözləyirmiş. Qızı dünyaya gələndən sonra onu görmək üçün evə qayıdır. Amma bir gün sonra yenidən cəbhəyə dönür. Doğumundan 34 gün sonra qızı Samirə atasız qalır...

Təyyar Şuşanın işğalı günü ön cəbhəyə yollanır. Amma ağır döyüşdən sonra geri qayıtmır. Bu günə qədər də haqqında dəqiq bir məlumat yoxdur.

Təyyarın qızı Samirə atasız böyüyür. Amma hər zaman anasında və əmisindən atsının xəbər alır. Atasının şəhid olma xəbərini qızından uzun müddət gizldirlər.

Təyyar Ağayev şəhidliyə doğru getdiyini özü əvvəlcədən bilib. Çünki getməmişdən əvvəl vəsiyyətnamə də yazıb. Ailəsi, qardaşları, dostlarına olan vəsiyyətini bir-bir bu dəftərə köçürüb. Qardaşı bu vəsiyyətnaməni uzun müddət gizli saxladığını deyir. Yolunu gözləyən həyat yoldaşı və qızını bundan xəbərdar etmir.

Ailəsi Təyyarın ölümü ilə bu gün də barışmır. Hər an onun yolunu gözləyirlər. Bir gün qayıdacağı ümidi ilə yaşayırlar.

Ümid ən son ölür... şəhid Təyyarın yolunu gözləyən Ağayevlərin bu son ümidini qırmamaq üçün qapıdan çıxanda "inşallah Təyyar qayıdar" deyirik.

Bizi gözləyən növbəti şəhid qapısını döymək üçün yola düşürük...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1147   Tarix: 09 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18.05.2024 98
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 131
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562