Evlənmək istəyən 1349 nəfərdə sifilis, 293 nəfərdə isə QIÇS aşkarlandı

Evlənmək istəyən 1349 nəfərdə sifilis, 293 nəfərdə isə QIÇS aşkarlandıSəhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qan xəstəliklərinə görə dispanser qeydiyyatına götürülən xəstələrin sayı 27 523 nəfərə çatıb.

BiG.AZ Virtualaz.org-a saytı xəbər verir ki, bunu institutun direktoru Zöhrə Əlimirzəyeva ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Z.Əlimirzəyeva qeyd edib ki, ötən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Xəstəlik aşkarlananların 603 nəfəri böyüklər, 84 nəfəri isə uşaqlardır. "Hazırda dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir", - direktor əlavə edib.

Tədbirdə qan donorları ilə bağlı məlumat verilib. Z. Əlimirzəyevanın sözlərinə görə, ötən il Mərkəzi Qan Bankı üzrə donor sayı 44 957 nəfər, respublika üzrə donor sayı 85 253 nəfər olub. İl ərzində 40670,5 litr qan tədarük edilib.

Nikahqabağı müayinədən isə 135990 nəfər keçirilib. Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə QIÇS aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub. Bu cütlüklərin 39-u instituta müraciət edib, 22 nəfər hamiləlik zamanı prenatal diaqnostika olunub.

İnstitut direktoru onu da söyləyib ki, nikahdanöncə müayinələrin tətbiq edildiyi gündən indiyədək 373680 nəfər müayinəyə cəlb edilib. Onların 14364-ündə talassemiya daşıyıcılığı, 1349-unda sifilis, 293-ündə QIÇS aşkarlanıb. 134 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib. Bu cütlüklərin 86-sı instituta müraciət edib, 44 nəfər hamiləlik zamanı prenatal diaqnostika olunub. Onlarda 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib.

Z.Əlimirzəyeva qan xəstəlikləri üzrə tətbiq edilən dövlət proqramları haqqında da məlumat verib. Onun sözlərinə görə, dövlət tərəfindən pulsuz dərmanlar verilir. Talassemiya ilə mübarizəyə dair dövlət proqramlarının həyata keçirilməsi, həmçinin profilaktik tədbirlərdən sonra talassemiyalı uşaqların doğulması, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2065   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18.05.2024 98
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 131
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562