Minsk qrupu turist səfərlərinə son qoymalı və Ermənistana hərbi təzyiqlərə başlamalıdır - POLİTOLOQ

Minsk qrupu turist səfərlərinə son qoymalı və Ermənistana hərbi təzyiqlərə başlamalıdır - POLİTOLOQ"Minsk qrupu turist səfərlərinə son qoymalı və Ermənistana hərbi təzyiqlərə başlamalıdır"

Bu sözləri BiG.AZ-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ATƏT-in Mins qrupunun regiona səfərini şərh edərkən qeyd edib.

Politoloq qeyd edib ki, həmsədrlərin məqsədi müşahidələr apararaq Yerevanda erməniləri məlumatlandırmaqdır:

Minsk qrupu turist səfərlərinə son qoymalı və Ermənistana hərbi təzyiqlərə başlamalıdır - POLİTOLOQ"ATƏT-in Minsk qrup üzvülərinin regiona yeni səfər ediblər. İlk öncə amerikalı həmsədr Bakıya təşrif buyurdu. Həmsədr qaçqınlarla və digər rəsmi şəxslərlə görüşərək geniş fikir mübadiləsi apardı. Ardınca fransalı və rusiyalı həmsədrlər Bakıya gəlib.

Həmsədrlərin bu səfəri geniş formatda Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakı ilə substaniv danışıların davam etməsi deyil, texniki məsələləri müzakirə edib arəşkəsin qorunmasını və müşahidə missiyasının sayının artırlmasını qəbul etdirib, buradan Yerevana gedib bu barədə erməniləri məlumatlandırmaqdır.

Həmsədrlərin birinci olaraq Bakıya gəlməsi Azərbaycana yeni texniki təklifin qəbul etdirməsi və mahiyyətdən kənar danışıqlara sövq etdirməkdir. Rəsmi Bakı həmsədrlər vasitəsilə Yerevana sərt mesajını yollamalı və bu kimi danışıqlara imkan verməməlidir.

Ötən ilin sentyabr ayından başlanan diplomatik danışıqlar intensiv xarakter daşımasına baxmayaraq müsbət irəlləyişlərə gətirib çıxarmır. Bu danışıqlar qeyd edərdim ki, həmsədrlərin himayəsi ilə Ermənistanın təklifinin müzakirəsi və qəbul edilməsi istiqamətində aparılıb.

Ötən ay Krakovda XİN başçılarının görüşü də texniki məsələlərin həlli və etimad mühitinin formalaşmasına həsr olundu. Göründüyü kimi həmsədrlərin regiona səfəri Ermənistana cəzasızlıq mühiti formalaşdırmaq üçün cəbhədə müşahidə mussiyasının sayının artırılması və status-kvonu qorumaqdı".

"Belə olan təqdirdə Azərbaycan atəşkəsi qorumağa çalışan Minsk formatından imtina etməli yoxsa, bu kimi nəticəsiz danışıqları bundan sonra davam etdirməlidir?" sualını cavablandıran Məhəmməd Əsədullazadə Azərbaycan tərəfinin həmsədrlərdən Yerevana real təzyiqlərə başlamasını tələb etməyin zəruriliyini qeyd edib:

"Birinci, rəsmi Bakı, ATƏT-in yeni italiyalı həmsədri Alfanonun Rusiya XİN başçısı Lavrovla görüşündə səsləndirdiyi "format dəyişməli" fikrini müdafiə etməli və, bu təklifi gündəliyə çıxarmalıdır. İkinci, Minsk qrupunun irəli sürdüyü ermənilərin müşahidə missiyasının sayının artırılması təklifini rədd etməli. Üçüncü, danışıqların substantiv aparılmasını tələb etməli və texniki danışıqlardan intina etməlidir. Dördüncü, həmsdərlərdən Yerevana mesaj kimi real təzyiqlərə başlamsını tələb etməli, yoxsa cəbhədə yenidən təzyiqlərin olacağını açıq bildirməlidir.

Həmsədrlər və Yerevanla sakit diplomatik danışıqlar aparmaqla erməni tərəfi həyassız təkliflər irəli sürəcək və mərhələli həll danışıqlardan yayınacaq.

Minsk qrupunun hazırkı səfərində prezidentlərin iki ay ərzində görüşünün keçirilməsidə qeyd olunur. Martda Ermənistanda və apreldə Azərbaycanda keçiriləcək seçkilər fonunda belə bir görüşün baş tutması real görünmür.

Artıq, Minsk qrupunun formatının dəyişdirilməsi və Ermənistana bir neçə aydan sonra hərbi təzyiqlərin başlanmasına start verilməlidir. Cəbrayılda, Füzulidə, Xocavənddə erməni silahlı qüvvələrinin hərbi obyektlərinə zərbələr vurulmalı, Yerevanı masa arxasında ciddi güzəştlərə aparacağa qədər davam etməlidir. Münaqişə uzandıqca, danışıqlar formatı dəyişir və Rusiyanın konfliktə nəzarəti daha da güclənir".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1071   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 372
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 226
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 1005
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 937
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 294
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 425
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 216
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 408
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 232