Bakıda qadına qarşı DƏHŞƏTLİ ƏMƏL: Küçədə tutdu, zorla evə saldı və dəfələrlə...

Bakıda qadına qarşı DƏHŞƏTLİ ƏMƏL: Küçədə tutdu, zorla evə saldı və dəfələrlə...Bakıda qıza təcavüz etməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Nizami İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Nizami İsgəndərov əvvəllər oğurluq və soyğunçuluq cinayətləri törətdiyi üçün məhkumluq həyatı yaşayıb. 2016-cı ilin ortalarında vaxtından əvvəl həbsdən azad olunan Nizami İsgəndərov daha ağır bir cinayətə əl atıb.

Cinsi əlaqədə olmaq istəyi

O, həmin ilin oktyabrının 19-da, saat 11-də Nəsimi rayonu, Cavadxan küçəsi 29 saylı binanın yaxınlığında olan zaman piyada səkisi ilə gedən Samirə Əhmədovanı (ad və soyad şərti verilib - red.) görüb.

Nizami İsgəndərov Samirə ilə cinsi əlaqədə olmaq istəyib. O, bu məqsədlə orada qıza yaxınlaşıb və onunla cinsi əlaqədə olmaq istədiyini deyib.

Həbsdən təzə çıxmaqla hədələdi

Bu zaman qız Nizami İsgəndərova etirazını bilidirib və onunla cinsi əlaqədə olmaqdan imtina edib. Qızın hərəkətlərindən əsəbiləşən Nizami İsgnədərov ona bir şillə vurub.

Daha sonra Nizami İsgəndərov cinsi əlaqədə olmaq istəyini reallaşdırmaq üçün Samirə Əhmədovaya hədə-qorxu gəlməyə başlayıb.

Nizami qıza həbsdən təzə çixdığını bildirərək, onu hədə-qorxu gəlib. O, Samirə Əhmədovaya zor tətbiq edib və cinsi əlaqədə olmaq məqsədilə onu həmin binanın 5-ci mərtəbəsində yerləşən 74 saylı mənzilə zorla gətirib.

Zorla əlaqə

Nizami İsgəndərov mənzilin yataq otağında Samirə Əhmədovaya zor tətbiq etməklə onu soyundurub. O, həmin vaxt Samirənin əynində olan paltarını dartaraq cırıb.

Daha sonra o, Samirə Əhmədovanı yatağa yıxaraq, zorla onunla cinsi əlaqədə olub. Nizami həmin vaxt Samirə Əhmədova ilə zorla 5-6 dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Hədə-qorxu

Cinsi əlaqədə olandan sonra Nizami İsgəndərov polisə şikayət etməmək barədə Samirə Əhmədovaya hədə-qorxu gəlib. O, qıza deyib ki, şikayətçi olduğu halda onu öldürəcək.

Nizami İsgəndərovun hədə-qorxularına baxmayaraq, Samirə Əhmədova mənzili tərk edən kimi birbaşa polis idarəsinə gedib. O, Nizami adlı şəxs tərəfindən təcavüzə məruz qalması barədə şikayətçi olduğu deyib.

İstintaq orqanı tərəfindən Nizami İsgəndərova qarşı Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsisi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Nizami İsgəndərov 5 il 7 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

"Öz istəyi ilə cinsi əlaqədə olmuşam"

Nizami İsgəndərov şikayətində qeyd edib ki, işi üzrə ədalətli məhkəmə araşdırması aparılmayıb. Onun sözlərinə görə, ibtidai istintaq orqanı qondarma dəlillərə istinad edərək, törətmədiyi cinayətə görə ona ağır cəza verib: "Həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında zərərçəkmişə qarşı heç bir zorakılıq etmədiyimi, onu zorla yaşadığım mənzilə aparmadığımı qeyd etmişəm. Bu hal mümkün olan deyil, çünki qeyd olunan ərazi sakinlərin gur yeri və müşahidə kameralarının olduğu yerdir. Zərərçəkmişin özünün istəyi ilə, müəyyən məbləğdə pul müqabilində razılaşaraq, birlikdə həmin evə qalxmışıq. Evdə zərərçəkmişin istəyi ilə dəfələrlə cinsi əlaqədə olmuşuq".

"Zərərçəkmiş bu yolla pul qazanır"

Nizami İsgəndərov qeyd edib ki, zərərçəkmişin digər bu tip cinayət işlərində də adı keçir: "Belə olan halda onun məhz bu peşə ilə pul qazanmasını sübut edir".

Təqsirləndirilən şəxs bildirib ki, məhkəmə cəza təyin edərkən onun məcburi köçkün olmasını, ağır həyat şəraitini, öhdəsində əlil, qoca valideynlərinin olmasını, Qarabağda əlil olan qardaşının köməksiz olmasını nəzərə almayıb.

Bəraət istəyi

Nizami İsgəndərov günahsız olduğunu, zərərçəkmiş tərəfindən şərləndiyini qeyd edib. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə gönədrilib.

Cəzadan 1 il 1 ay çıxıldı

Hakim Mirzəli Abbasovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nizami İsgəndərovun barəsində olan hökm dəyişdirilib.

Məhkəmə Nizami İsgəndərovun barəsində təyin edilmiş cəzanın 4 il 6 aya endirilməsi barədə qərar qəbul edib. Bu qərardan narazı qalan Nizami İsgəndərov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə təqdim edilib. Hakim İmran Hacıqayıbovun sədrliyilə baş tutan prosesdə qərar açıqlanıb. Qərara görə, onun şikayəti təmin olunmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2691   Tarix: 06 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18.05.2024 98
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175