Aktyor qalmaqallı videodan danışdı: "Namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur"
"Dolu" filminin məşhur aktyoru, Drakon rolunun ifaçısı Rza Rzayev məktəb direktorunu hədələməsindən danışıb.
Aktyor ölkə.az-ın əməkdaşıyla söhbətində bildirib ki, 220 nömrəli məktəbin direktoru Tural Mirzəyevin müəllimlərə qarşı etdiyi qeyri-etik hərəkətlərə görə bu addımı atıb:
"Sözsüz ki, mən bir azərbaycanlıyam və hər kəs də bilir ki, mühafizəkar insanam. Cəmiyyətin, kişilərin borcudur ki, qadınları qorusun. Bu direktor məktəbdə bir neçə qadın müəllimləri tək-tək yanına çağıraraq, onların adının mənasını soruşub. Əgər bu adam özü dediyi kimi filoloqdursa, hamını bir yerə yığıb adlarının mənasını soruşa bilər. Ancaq o, gənc qadın müəllimləri yanına çağırıb, adının mənasını soruşur, durub kompüterdə baxıb deyir ki, sənin adının mənası gözündən od-atəş yağan deməkdir. Bəzilərini çaya dəvət edir. Yəni, bir sözlə müəllimlərə "patxod" edir".
Rza Rzayev bildirib ki, direktor məktəbdə qanunsuz pul yığdırırmış:
"Həmin müəllimlər mənim ailə üzvüm, ibtidai siniflər üzrə direktor müavini olan Zeynəb xanıma gəlib deyiblər ki, artıq direktorun otağına getməyəcəyik. Çünki bu bizə belə suallar verir. Zeynəb xanım bununla bağlı ona deyib ki, siz gənc adamsınız, amma biz on beş ildir burada işləyirik, etik qaydalara riayət edin. Sonra direktor mənim ailə üzvümdən hazırlıq pullarının yığılmasını tələb edib. Bildirib ki, bu, qanunidir və Bakı Şəhər Baş Təhsil İdarəsi ilə danışmışam. Ailə üzvüm həmin pulların ilk ayını yığandan sonra direktora deyib ki, baş idarəylə olan müqaviləni verin mənə. Direktor bildirib ki, belə müqavilə yoxdur, şifahidir. Zeynəb xanım bildirib ki, bu qanunsuzdur, kimdənsə pul yığa bilmərəm.
Orada Gülşən adlı təsərrüfat müdiri var. Həmin pulları da o yığır. Müəllimlərin telefon danışıqları var. Həmin danışıqların səs yazısı da mövcuddur. Məktəbin 3-4 müəllimi binada təmir işləri gördürüblər. Sonradan direktorun yanına gediblər ki, demişdiniz hazırlıq pullarından sizin pulunuz veriləcək. Əgər belədirsə, hazırlıq pullarından öz pulumuzu götürürük. Direktor Zeynəb müəlliməni çağırıb deyib ki, sənin müəllimlərin özlərini yaxşı aparmırlar. Sonra məktəbdə başqa qanunsuz hərəkətlər baş verib. Məsələn, hansısa firma məktəbin bütün siniflərinə direktorun icazəsiylə elanlar paylayıb. Müəllimləri məcbur edib aktlaşdırıblar ki, guya Zeynəb xanım belə bir şərait yaradıb. Ancaq telefon danışıqlarında da deyilir ki, həmin izahatı onlara direktor zorla yazdırıb".
Tanınmış aktyorun sözlərinə görə, artıq baş verənlərlə bağlı polis bölməsinə dəvət edilib və izahat verib:
"Artıq gedib izahat vermişəm, heç bir problem yoxdur. Hər bir namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur. Həmin borcumu bu günə qədər layiqli şəkildə yerinə yetirmişəm, bu gündən sonra da yerinə yetirəcəyəm. Hər bir şərəfli Azərbaycan qadını, bizim anamız və bacımızdır. Buna görə hansı qanun pozuntusuna yol vemrişəmsə, peşman deyil. Ən ağır cəzanı da almağa hazıram".
Qeyd edək ki, musavat.com saytının yaydığı görüntülərdə Rza Rzayev qohumunun işdən çıxarılmasına etiraz edir və bu qərarını dəyişməsi üçün direktora vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1605 Tarix: 06 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 314 Rotşildlər arasında qalmaqal: əvəzsiz incəsənət kolleksiyası bölüşdürülmür
Rotşild ailəsinin varisləri Cenevrə yaxınlığında yerləşən Preqni sarayındakı incəsənət kolleksiyası uğrunda ciddi münaqişəyə başlayıblar. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb. Münaqişə 93 yaşlı baronessa Nadin de Rotşild ilə onun yeganə oğlunun dul arvadı
11:41 185 ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 162 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
15:55 167 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 231 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 182 2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)
2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti
11:48 202 Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş
Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib
11:58 274 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 207