Təhsil naziri əvəzləyicisi əmr verdi: BUNDAN SONRA...

Təhsil naziri əvəzləyicisi əmr verdi: BUNDAN SONRA...Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları"nın tətbiqi barədə əmr imzalayıb.

BiG.AZ xəbər verir ki, əmrlə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.

Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları"nı işdə rəhbər tutsunlar, "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"nın 1.12-ci bəndini nəzərə alaraq müvafiq vəzifələrin tutulması ilə bağlı elan olunmuş və əmr qüvvəyə minənə qədər proseduru başa çatmayan müsabiqələrin dayandırılmasını və bu qaydalara uyğun həmin vəzifələrin tutulması ilə bağlı seçkilərin təşkil olunmasını təmin etsinlər.

Təhsil Nazirliyinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmrinin 1-ci, 2-ci, 3-cü bəndləri və bu əmrlə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları" qüvvədən düşmüş hesab edilib.

Əmr imzalandığı gündən qüvvəyə minib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2250   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

13:49 526
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

13:49 183
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

17:08 90
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

12:53 617
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

12:48 613
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

15:05 75
.

Çində yolun çökməsi nəticəsində 19 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətində torpaq sürüşməsi olub. BİG.AZ xəbər verir ki, yolun çökməsi nəticəsində 19 nəfər ölüb. Milli medianın yaydığı məlumata görə, Meykou şəhərində normadan artıq yağıntının səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası magistral yolun 18 metrlik hissəsinin çökməsinə səbə

12:20 57
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 226
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

11:20 1131