Nadir Qafarzadə qadın alveri edən həmkarlarından danışdı: "Guya namus-qeyrət dərdi çəkirlər..."

Nadir Qafarzadə qadın alveri edən həmkarlarından danışdı: "Guya namus-qeyrət dərdi çəkirlər...""Hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır";

Əli Mirəliyev: "Prodüser hara, bahalı ev, maşın hara?.."

Bu günlərdə müğənni Nadir Qafarzadə yenidən sosial şəbəkələrdə səs-küyə səbəb olacaq paylaşım etdi.

BiG.AZ xəbər verir ki, müğənni bəzilərinə ismarış göndərərək bildirib:

"Deyəsən, mənim ağzımın açılması zamanı gəlib. Mən İlhamə xanımın şəklini paylaşanda heç bir zir-zibilə söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi "məmurlara" qız çıxarmamışam. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətlərini açıb söyləmək zamanı gəlib. Qadın müğənniləri satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhət! Mən dəliyəm, məndə tormoz yoxdur".

İddialara görə, müğənni bu sözləri prodüser Tarix Əliyevə (Tolik) ünvanlayıb. Səbəb isə bir neçə gün öncə "Hər şey daxil" verilişində prodüserin Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması olub. Status böyük səs-küy yaratdığından müğənni bir qədər sonra paylaşımını silib. Lakin müzakirələr sosial şəbəkələrdə davam edib. Tarix Əliyev müğənninin bu statusundan sonra sosial şəbəkədə cavab statusu yazıb: "Səndən qorxan sənin tayın olar, məni bəziləri ilə səhv salma. Kimin əzizini satışa çıxarmışamsa, bura yazsın. Yadlarından bəzi şeylər nə tez çıxdı... Mənim qorxacağım yer yoxdur. Səndən qorxan sənin tayın olar".

Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə, mətbuatda hansısa sənətçilərin, aparıcı və ya prodüserlərin qadın alveri ilə məşğul olması ilə bağlı məlumatlar, iddialar yayılır. Məlum olduğu kimi, bu ittihamla həbs olunanlar da var. Nadir Qafarzadənin emosional şəkildə yazdığı son statusu bu məsələni yenidən gündəmə gətirmiş oldu.

Məsələ ilə bağlı müğənni Nadir Qafarzadə "Yeni Müsavat"a danışdı: "Əlaqəli qurumlar onları axtarıb tapmalıdır. Mən niyə yazmalıyam? Bu, mənim işim deyil, bu işə baxan adamlar var ki, onlar hər şeyi araşdırmalıdır. Mən müğənniyəm və öz sözümü dedim. Həmin insanları efirə buraxmaq olmaz. Ümumiyyətlə, onları cəmiyyətdən islah etmək lazımdır. Çıxıb efirdən camaata ağıl öyrədir, guya namus-qeyrət dərdi çəkirlər. Amma özləri nə işlə məşğuldur?! Onların arasında qadın da, kişi də var, əgər onlara kişi demək mümkündürsə. Sayı isə onlarladır. Bunu şou-biznesin içində olanlar yaxşı bilir. Bu haqda məndən əvvəl Cavanşir Məmmədov da öz sözünü demişdi. Üstəlik mən o adamları da qınamıram, çünki heç kimi məcbur etmirlər ki, "gəl səni satım". Demək ki, o müğənnilərin içində meyillilik var ki, o yola gedirlər. Satan adam sadəcə, vasitəçidir. Ona görə də hamı başını tutur ki, "oğluma sənətçi qız almaram". Bu məsələdə cəmiyyət, özümüz də günahkarıq... Mən bu cür açıqlama verəndə bəziləri etiraz etdi. Demək ki, özləri bu cürdür, ona görə də reaksiya verdilər. Söz var ki, "soğan yeməmisən, niyə için göynəyir?"".

Məsələ ilə bağlı müğənni Əli Mirəliyev də qəzetimizə öz mövqeyini açıqladı: "Bu haqda mən neçə illərdir ki, danışıram. Sual olunur ki, bəzi sənətçilər o cür bahalı maşınları necə alır, hansı pulla bahalı villalarda yaşayırlar? Onlar özlərinə sponsorları necə tapırlar? Həmin sponsorlar kimlərdir və onlar nə işlə məşğuldur? Məhz bunu araşdırmaq lazımdır. Hətta efirlərdən biz onları görürük. Xatırlayırsınızsa, bir kök müğənni qadın var idi, onun bu cür işlərinə görə həbs etmişdilər. Baxın, prodüser 200 min manatlıq maşını necə sürə bilər? Kimdir bu prodüser, bahalı maşında gəzir? Onu hansı pulla, necə alıb? Prodüser hara, bahalı ev, maşın hara? Hüquq-mühafizə orqanları araşdırma aparmalıdır ki, bu söhbətin içində nə var? Adam çıxır efirə, müsabiqədə oturub, musiqi ilə bağlı məsələni həll edir. Ay prodüser, bu sizin başınız üçün deyil. Mənim ölkəmin övladını Dubayda, orda-burda satan adam vətənini də, öz ana-bacısını da satar. Hər halda hüquq mühafizə orqanları bu haqda araşdırma aparacaqlar".

Qeyd edək ki, ötən ilin sentyabrında Əməkdar artist Cavanşir Məmmədov da qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu demişdi: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız "daşıyır". Şou-biznesdə olan "mama roza" və "papa roza"lar heç bir sahədə yoxdur. İnsan alveri ilə əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".

Cavanşir Məmmədov həmçinin həmin müğənniləri adbaad tanıdığını və adlarını açıqlaya biləcəyini qeyd etmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1584   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403