Azərbaycanda növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqatın müddəti açıqlanıb

Azərbaycanda növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqatın müddəti açıqlanıbAzərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqatın müddəti məlum olub.

BiG.AZ-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlər səsvermə gününə 23 gün qalmış, yəni martın 19-da təşviqata başlaya bilərlər. Bu müddət ərzində namizədlər pulsuz efir vaxtından, habelə qanunda nəzərdə tutulmuş digər vasitələrdən istifadə edə bilərlər. Təşviqat səsvermənin başlanmasına 24 saat qalmış - aprelin 10-da dayandırılacaq.

Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.

Qeyd edək ki, Azərbaycanda Prezidentliyə namizəd olmaq istəyən şəxslər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün (12 mart) qalmış saat 18.00-dək seçki sənədlərini MSK-ya təqdim etməlidirlər.

Xatırladaq ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

15:44 119
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29.04.2024 295
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

12:58 302
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 376
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

11:00 1044
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 247
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 311
.

"Selfie" çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı

"Selfie" çəkərkən qəzaların baş verdiyi ölkələrin siyahısı yayımlanıb. Məlum olub ki, ölənlərin əksəriyyəti Hindistandadır. Məlumata görə 2014-cü ildən bəri 49 ölkədə 399 nəfər "selfie" çəkməyə çalışarkən həyatını itirib. Onlardan 199 nəfəri hindistanlı, daha 29 nəfər isə amerikalıdır

17:04 198
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 384