"O qədər içirdi ki, məni və 2 uşağımı..." - Əri tərəfindən döyülüb evdən qovulan Aytənin ACI HƏYATI

"O qədər içirdi ki, məni və 2 uşağımı..." - Əri tərəfindən döyülüb evdən qovulan Aytənin ACI HƏYATIBiG.AZ saytı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ilə birgə "Susma" adlı layihə həyata keçirir. Bu layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. BiG.AZ növbəti müsahibi həyat yoldaşı tərəfindən dəfələrlə döyülərək qovulan Aytən Cəfərovadır. (Ad şərtidir). Aytən Cəfərova yoldaşı tərəfindən döyülərək uşaqları ilə birlikdə evdən qovulub.

- Yoldaşınızla neçə il ailəli qaldınız?

- Yoldaşım öz sevdiyim insan olub. Ailə həyatım 9 il davam edib. Bu ailədən 2 övladım var. Övladlarımın biri 8, digəri isə 4 yaşındadır. Əvvəl hər şey normal idi. Amma sonradan evi bəhanə edib söz-söhbət salmağa başladılar. Guya kimsə onların evini əllərindən almaq istəyir. Bu məsələdə mənim nə günahım var?

- Münasibətləriniz necə idi?

- Yoldaşımın mənimlə, uşaqlarla münasibəti sabit deyildi. Çünki bəzən mehriban, bəzən də hədsiz qəzəbli olurdu. Uşaqlar ataları evə gələndə gizlənirdilər. Çünki onlara qışqırmağından qorxurdular.

- Ərin səni döyürdü?

- Məni də, uşaqları da başqalarına görə döyürdü. Kimsə onun pulunu oğurlayırdı. İşində problem olan kimi başlayırdı bizi döyməyə. Günahsız yerə döyülməyə artıq dözə bilmədim. Ona görə də ayrılmağı qərara aldım. Çünki övladlarımın döyülməyini qəbul edə bilmirdim.

- Valideynlərin varmı?

- Atamın kim olduğunu bilmirəm. Çünki atamı heç vaxt görməmişəm. Amma anam və bacılarım var.

- Niyə ananın evinə deyil, bura gəldin?

- Anamın evi balacadır. Məndən başqa subay bacılarım da var. Onlar ancaq o evə yerləşirlər. Mən iki övladımla anama necə yük ola bilərəm?

- Yoldaşın səninlə əlaqə saxlayırmı?

- Uşaqlara görə danışırıq. Övladlarını görmək istədiyini deyir. Çünki bura gəldiyim gündən bəri uşaqları görməyib. Bir dəfə uşaqlara görə buraya da gəlib.

- Yoldaşın barışmaq istəyirmi?

- O barışmaq istəyir. Amma mən istəmirəm. Çünki 9 ildə nə qədər qovulmaq olar. Bizi evdən qovur, əsəbi sakitləşəndə də evə geri aparırdı.

- Ali təhsilin varmı?

- Ali təhsil almağı çox arzulamışam. Amma imkansızlığa görə arzum ürəyimdə qalıb. Mən də istədiyim ixtisasa sahiblənib öz ayaqlarımın üzərində dayanan güclü qadın olmağı arzulamışam. Amma maddi durumumuz buna imkan vermədi.

- Uşaqlar atası ilə görüşmək istəyirmi?

- Böyük oğlum atasını çox sevir. Onunla görüşmək də istəyir. Atasının evində dərs oxuya bilmir. Ona görə də evə qayıtmaq istəyir ki, oxumasın. Ancaq oynamaq istəyir.

- Yoldaşın spirtli içki içirdimi?

- Özü də necə. İçib gəlib evə dava salır, məni döyürdü. Tək məni deyil, hətta qaynımın uşağını da döyüb.

- Zamanı geri döndərmək istəsəydin həyatında hansı səhvləri etməzdin?

- Heç vaxt ailə qurmazdım. Təhsilimin üzərinə düşüb, arzuladığım ixtisas sahibi olardım.

-Hazırda işləyirsənmi?

- Marketdə işləyirəm. Övladlarıma görə işləməyə məcburam. İstəmirəm mənim yaşadıqlarımı uşaqlarım da yaşasın. Onlara gözəl gələcək vermək istəyirəm.

- Anan səni evinə aparmaq istəyirmi?

- Anamın evi çox kiçikdir. Deyir ev sökülsün, sizi aparacağam. Hələ yoldaşımın evində olarkən mənə ev verilənə qədər səbr etməyimi deyirdi.

- Rəsmi boşanma olubmu?

- Bəli, rəsmi boşanma olub. Yoldaşım iki dəfə 100 manat aliment verib. Kreditlərinə görə hər iki uşağa cəmi 150 manat kəsilib. Belə az kəsilməyinə səbəb borclarıdır. Boşansaq da istəmirəm ki, gücə düşsün. Nəyə gücü çatır onu da ödəsin.

- Qızlarımıza nə məsləhət görürsən?

- Ailə qurmağa tələsməsinlər. Təhsillərini davam etdirsinlər. İxtisas sahibi olub öz ayaqları üzərində dayanmağa çalışsınlar. O zaman heç kəs onları əzə bilməz.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2020   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 150
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 778
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 121
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 185
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 413
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 339
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 243
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 258
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 758