Mağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏT

Mağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏTTelefon mağazasında çalışan gənc mağazanın pullarını şəhərin qumarxanalarının birində uduzub və intihara cəhd edib.

Bu barədə BiG.AZ-a məlumat verən mağaza rəhbəri Kərimov Anar Yusif oğlu işçisi Elnur Məhərrəmovun onun mağazasında hissə-hissə olmaqla 16 min 300 (on altı min üç yüz manat götürərək mağaza yaxınlığında yerləşən qumarxanada uduzduğunu bildirib:

"Nəriman Nərimanov metrostansiyası yaxınlığında telefon mağazamız var. İşçimiz Elnur Məhərrəmov mağazanın pullarını yaxınlıqda olan, "Oksigen" klinikasının yanında yerləşən qumarxanada uduzub. Biz həmin qumarxanaya müraciət etdik ki, uduzulan pul şirkətin pullarıdır. Onlar da bizi inandırdı ki, bir neçə günə pulu qaytaracaq. Biz söylədikləri vaxt tamam olduqdan sonra yenidən həmin qumarxanaya getdik. Onlar isə cavablarında pulların qaytarılmayacağınə söylədi. Sonra biz Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis Bölməsinə müraciət etdik".

Həmçinin mağaza sahibi Anar Kərimov qeyd edib ki, sözügedən qumarxananın sahibi həmin pulların bəzi məmurlara çalışdığını bildirərək pulu geri ödəməkdən imtina edib:

"Qumarda Elnur mağazaya aid olan 16 min 300 manat pul uduzub. Bundan sonra Elnur intihara da cəhd edib. Kassanın pulu qumarxanada uduzduğu təsdiq edildikdən sonra mən həmin qumarxananın sahibi ilə görüşdüm. O, mənə bildirdi ki, pulu qaytara bilmərəm. Çünki burada uduzulan pulların bir hissəsi bəzi məmurlara çatır. Bu cavabdan sonra Daxili İşlər Nazirliyinə müraciət etdim. Ordan Nərimanov Rayon Polis bölməsinə yönəltdilər. 1 həftə gözlədikdən sonra həmin polis bölməsindəndə bildirdilər ki, biz heç nə edə bilmərik. Bu cavabdan sonra Nərimanov Rayon Prokurorluğuna yazılı müraciət etdik. Prokurorluqdan da bildirdilər ki, 10 iş gün ərzində bu işə baxılacaq. Çünki insan həyatından söhbət gedir. O qumarxana şəhərin mərkəzində qanunsuz fəaliyyət göstərir. Orada insan taleləri ilə oynayırlar. Bilirsiniz ki, bu işlə məğul olan insanları Cinayət Məcəlləsinin 244-cü maddəsinin birinci bəndində göstərilir ki, bu işlə qanunsuz məşğul olanları 3 il azadlıqdan məhrum etmə cəzası gözləyir. Etdiyimiz mürciətlər nəticəsiz qaldı. Heç bir ölçü götürülmədi. Dünən də yenidən Daxili İşlər Nazirliyinə getdik. Nazirlə görüş istədik. 102-yə rəsmi yazılı müraciət etdik. Müraciətlərimizə hələ bir cavab verən yoxdur".

Əlacsız qalan mağaza sahibi mediaya üz tutaraq şikayətinin ictimailəşdirməsini, aidiyyatı qurumların məsələ ilə bağlı dərhal araşdırma aparmalarını istəyib.

İntihara cəhd edən mağaza işçisi Elnur Məhərrəmovun intihar məktubunu sizə təqdim edirik.

Aysel Yusifqızı

Mağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏTMağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏTMağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏTMağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏTMağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏTMağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏTMağazaya məxsus pulu qumarxanada uduzan gənc məktub yazıb intihara cəhd etdi - ŞİKAYƏT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1729   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 262
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 337
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 270
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 425
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 633
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1106
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

10:58 450
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 187
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 127