"Sədri olduğum komitə kasıb-kusubla məşğul olur" - Hadı Rəcəbli

"Sədri olduğum komitə kasıb-kusubla məşğul olur" - Hadı RəcəbliBiG.AZ Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Hadi Rəcəblinin "Ölkə.Az"a müsahibəsini oxuculara təqdim edir:

"Səməd Vurğunu, Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu təhrif edən jurnalistə baxıb şükr edirəm"

– Hadi müəllim, son vaxtlar sosial şəbəkələrdə sizin söylədiyiniz fikirlər ironiyalı formada müzakirə olunur. Bütün bunların səbəbini nədə görürsünüz?

– Əvvəla, mən tamamilə mətbuata qarşı dözümlülüyün tərəfdarıyam. Yadınızdadırsa, hələ 25 il öncə də mətbuat nə istəyirdisə, onu da yazırdı. O zaman hüquqi baza da indiki kimi deyildi. Ancaq Ulu Öndərimiz böyük dözümlülük nümayiş etdirirdi. Hamımızı da buna yönəltdi ki, bütün tənqidlərə dözümlü olaq. Cənab Prezident İlham Əliyev də məsələyə bu cür yanaşır, hər birimizə mətbuata dözümlü olmağı tövsiyə edir. Mətbuatda gedən təhqir və digər nöqsanların bir müddətdən sonra həllini tapacağını düşünürük. Mən 45 ildir ki, siyasətdəyəm. Amma indiyədək jurnalistlərlə bağlı bir dəfə də olsun ki, məhkəməyə müraciət etməmişəm. Bunun da əsas səbəbi odur ki, mən də jurnalist olmuşam, bu sahənin çörəyini yemişəm, qəzetdə işləmişəm. Amma mənə qarşı aparılan şər-böhtan kampaniyaları sistemli şəkildə xaricdən tənzimlənir. Misal üçün, bu yaxınlarda mənim haqqımda yazılan yalan və iftira məlumatlarının kökünü araşdıran zaman məlum olur ki, həmin materialı yayan sayt Avstriyada qeydiyyatdan keçib və heç bir əlaqə yaratmaq mümkün olmur. Çox təəssüf ki, xaricdə yaradılan bu cür təxribatçı saytların yerləşdirdiyi məlumatları Azərbaycanın ayrı-ayrı saytları da tirajlayır. Dəqiqliyini araşdırmadan yazılan yazıları saytda tirajlamaq nə qədər düzgündür? Bilirsiniz, təxribatın kökündə dayanan əsas məsələ mənim jurnalistlərə qarşı olduqca açıq olmağımdır.

Bəzən mənə sual verirlər ki, Hadi müəllim, axı niyə görə tanımadığın hər jurnalistə bu qədər açıq olursan? Cavab verirəm ki, mən də jurnalist olmuşam. Mənim çalışdığım sosial sahə bütün dünyada ağır və cəmiyyəti qıcıqlandıran sahə sayılır. Sosial qrup cəmiyyəti qıcıqlandıran sahədir. Dünyada münaqişəşünaslıq elmi mövcuddur. Mənim söylədiyim fikirlərdən də nəyi çıxarırlarsa, hamısı münaqişə yaratmaq, təxribat məqsədi daşıyır. Mən maraqlanmışam, sözlərimi təhrif edib yayan saytlar əsasən Almaniyadan, Fransadan idarə olunur. Oradakı müxalif qüvvələr aranı qızışdırmaq üçün mənim fikirlərimi təhrif edilmiş formada yazırlar. Bu gün bizim kütlə psixologiyasına uyan adamlarımız olduğu üçün həmin saytlar bu insanları yönəltməyə çalışırlar.

Mən Azərbaycan saytlarının heç birinin bağlanmağının tərəfdarı deyiləm. İnternetin faydalı tərəfləri çoxdur. Ancaq kimlərsə mənim haqqımda mənfi şərhlər yazırlar. Kimsə də onun altından müsbət şərh yazırsa, onu vermirlər, çıxarırlar. Axı bu cür yanaşma qərəzlidir. Əgər jurnalist tərəfsiz olmalıdır deyiriksə, o zaman buna əməl olunmalıdır.

Mən 2013-cü ildə "Komsomolskaya pravda" qəzetinə rus dilində müsahibə vermişdim. Sonradan Azərbaycanın bir sıra saytları mənim rus dilində olan müsahibəmi təhrif olunan formada tərcümə edərək tirajlayıblar ki, guya mən internetin bağlanmasını istəyirəm. Bu yazılara görə mən bir ay müzakirə olundum. Hətta, ABŞ səfiri Prezident Administrasiyasına gedərək, məndən şikayət edib. Sağ olsun ki, "Kaspi" qəzetinin jurnalisti İlham Quliyev öz yazısında məsələnin üstünü açaraq, müsahibəmin səhv tərcümə edildiyini qeyd edib. Yəni, sonradan məlum olur ki, Azərbaycan mətbuatı mənim müsahibəmi təhrif edərək, tirajlayıb.

İnanın ki, nə qədər ordudan qovulan, müxalif düşüncəli adamlar varsa, hamısı mətbuata çıxıb, mənim haqqımda böhtan-yalan danışırlar. Sayt da həmin fikirlərin yalan olduğunu bilə-bilə onu tirajlayır ki, saytı çox oxunsun. Səməd Vurğunu, Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu təhrif edən jurnalistə baxıb şükr edirəm. Özümdə deyirəm ki, mən ona baxanda şükürlüyəm. Bəzən evdə məni qınayıb deyirlər ki, a kişi sənin nə işin var mətbuatda, niyə müsahibə verirsən? Yaxşı, o zaman mətbuata müsahibə verməyim? Bunu etsəm, jurnalistlər məni tənqid etməyəcək? Biz açıq cəmiyyətdən danışırıqsa, bu olmalıdır. Mən deyirəm ki, qənaətcil olaq, ələbaxımlı olmayaq və sairə, dərhal fikirlərimi təhrif edib, ayrı formada başlıqla verirlər. Mənim dediklərimin hamısı dövlətçiliyə, dünyada gedən proseslərə və sosial qanunlara əsaslanır. Bunu təhrif edəndə isə biz cəmiyyəti korlayırıq.

Sağ olsunlar, mənə qarşı aparılan şər-böhtan kampaniyasına yox deyərək, 4 QHT gəlib mənim yanımda olduğunu və həmin təxribatçı qüvvələrə nifrət etdiklərini bildiriblər. Qarabağ qaziləri bildirdilər ki, biz bu cür kampaniyalara qarşıyıq və iftiralara heç kəs uymasın. Bunu mətbuat da dərc edib. Ümumi nəticədə onu göstərdi ki, bütün bu şər-böhtan kampaniyalarının kökündə xarici kəşfiyyat orqanları və onların himayəsi ilə xaricdən idarə olunan saytlar dayanır. Onlar Azərbaycanda kütlə psixologiyasına uyan insanları dövlətə qarşı yönəltməyə çalışırlar.

Mən jurnalistlərimizi də dövlətimizin yanında olmağa və xaricdən təxribat yayan saytlardan qorunmağa çağırıram. Gərək ki, biz bütövlükdə cəmiyyətimizi, azərbaycançılığımızı, mənəviyyatımızı, obyektivliyi və sağlam xəbər saytlarımızı qoruyaq.

"Rafaellə Coşqunun konsertinə bilet almaq üçün verdiyin 100 manata 5-10 faydalı kitab alıb oxumaq olar"

– Nəvəniz haqqında yazdığınız şeir də sosial şəbəkələrdə müzakirə olunur...

– Yazdığım şeirə görə mən nə üçün lağ edilməliyəm? Məgər şeir yazmaq qəbahətdir? Mən şeir yazmışam, daha deməmişəm ki, şairəm. Hadi Rəcəbli şair deyil, sadəcə olaraq öz nəvəsinə ürəyindən gələn şeiri yazıb. Bütün bunları yalnız və yalnız eybəcər, azərbaycançılıqdan kənar bədniyyətli qüvvələr deyə bilər. Axı Hadi Rəcəbli kimə nə edib? Mənim komitəm yetim-yesirə kömək edir. Hadi Rəcəblinin sədri olduğu komitə kasıb-kusubla məşğul olur. Verdiyim tövsiyələr də insanlara diqqət-qayğı və istiqamətdir. Mən nə deyirəm? Deyirəm ki, gedib kitab oxuyun. Rafaellə Coşqunun konsertinə bilet almaq üçün verdiyin 100 manata 5-10 faydalı kitab alıb oxumaq olar. Məgər mən bunu deməklə səhv edirəm? Mənim bu çıxışlarımda bir dənə belə səhv nə isə yoxdur. Mənim fikirlərimi təhrif edənlərin özləri təhrifə layiq adamlardır. Bütün bu cür müzakirələrin kökündə bir məsələ dayanır – düşmənçilik və kin. Hadi Rəcəbli nə edib? Nəvəsinə şeir yazıb da! Hadi Rəcəbli 45-50 ildir ki, siyasətdədir. Yaşlı adama bu cür münasibət göstərmək doğru deyil.

"Sahibkar öz kafe və ya restoranında siqaret çəkən insanlar üçün xüsusi otaqlar ayırmalıdır"

– Bu yaxınlarda prezident İlham Əliyevin fərmanı ilə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qüvvəyə minib. Bu qanun uzun illər sizin rəhbərlik etdiyiniz komitə tərəfindən hazırlanaraq, müzakirəyə çıxarılmışdı. Dövlət başçısının imzaladığı yeni qərar hansı dəyişikliyə gətirib çıxaracaq?

– Sözügedən qanun bizim komitə tərəfindən 15 ilə hazırlanıb. Komitə 15 il idi ki, bu qanunun üzərində işləyirdi, bu sahədə dünya təcrübəsi öyrənilirdi. Nəhayət ki, biz bu sənədin Milli Məclisdə müzakirəsinə və qəbuluna nail olduq. Sağ olsun ki, cənab prezident İlham Əliyev də bu sənədə imza atdı. Hesab edirəm ki, mövcud dünya qanunları içərisində ən optimalı və reallıqlara cavab verəni bizim qanunumuzdur. Prezidentimiz buna imza atandan sonra cəmiyyət də onu müsbət qəbul etdi.

Hazırda bu qanun çox uğurla işləyir. Burada bir ciddi məqam var. Biz qanunda ictimai yerlərdə siqaret çəkilməsinə görə daha çox sahibkarların cəzalandırılmasını göstərmişik. Çünki sahibkar öz kafe və ya restoranında siqaret çəkən insanlar üçün xüsusi otaqlar ayırmalıdırlar. Bu məsələ hazırda restoran və şadlıq evlərində də gündəmdədir.

Ancaq müştərilərdən də kiməsə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qayda-qanuna riayət etməyənlər də cəzalana biləcək.
Qanun bir aydır ki, qüvvəyə minib, hər şeyin zamana ehtiyacı var. Qanun bir qədər işləyəndən sonra hər şey öz yerini alacaq. Ola bilər ki, cəzalar daha da kəskinləşsin.

Bu işə mətbuat da yaxından kömək etməlidir, insanları məlumatlandırmalıdır və sairə. Belə olanda cəmiyyət də qanuna daha tez alışacaq.
Bu qanunun qəbul edilməsinin əsas mahiyyəti siqaret çəkməyən insanların sağlamlığını qorumaqdır. Çünki siqaret çəkən insanlar siqaret çəkməyən insanların sağlamlığına ziyan vururlar. Yeni qanunla bu problem aradan qalxacaq.

Siqaretə alüdə olan xəstə adamlar var ki, bəzən onlar bu qanunun tələblərinə əməl etmək istəmirlər. Biz onlara deyirik ki, siqareti gedib küçədə çəkin, yanınızda olan insanlara ziyan vurmayın. İctimai yerlərdə siqaret çəkmək olmaz.

Bilirsiz ki, Azərbaycanda satılan siqaretlərin 70 faizi xarici istehsaldır. Bu yaxınlarda siqaretlərə tətbiq olunan aksiz versgisi artırılıb. Məqsəd insanlarda siqaretə olan marağı azaltmaq və yerli istehsal olan siqaretlərin satışını artırmaqdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 246
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 325
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26.04.2024 620
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 942
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 193
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 148
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 146