Türkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLAR

Türkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLARÖlkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun "Məzun evi" Sosial Müəssisəsində olub.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xanım J.Sarıeroğluna dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

Nazir vurğulayıb ki, dövlət uşaq müəssisələrinin məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb: "Müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 222 nəfər gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub və hazırda "Məzun evi"ndə 137 ailə vardır. Bu ailələrdə 116 nəfər uşaq böyüyür". S.Müslümov qeyd edib ki, hazırda müəssisə üçün üçüncü yaşayış binasının tikintisi də tamamlanmaq üzrədir. Həmin binada "Məzun evi" üçün uşaq bağçasının fəaliyyətə başlaması, müəssisənin ərazisində idman kompleksi və məktəbin tikilməsi, digər bir sıra sosial infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulub.

"Məzun evi"nin sakinlərinin məşğulluğunun təminatı istiqamətində də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, onların böyük əksəriyyəti müxtəlif müəssisələrdə, bir qismi müəssisənin özündəki ştat vahidlərində və s. münasib işlərlə təmin ediliblər: "Eyni zamanda ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Məzun evi"ndə xalça və tikiş sexləri də yaradılıb. Gənc sakinlərdən bir qrupu nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə iş yerləri ilə təmin olunublar. İki gün bundan əvvəl isə "Məzun evi"ndən daha 12 nəfər gəncin yaşıllaşdırma sahəsində daimi işlə təminatı həyata keçirilib".

Xanım J.Sarıeroğlu "Məzun evi"ndə yaradılmış şəraitlə, müəssisədə fəaliyyət göstərən xalça və tikiş sexləri ilə yaxından tanış olub. O, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin hərtərəfli qayğı və dəstəklə təmin edilmələrinin, onlar üçün belə bir yaşayış şəraiti yaradılmasının Azərbaycan dövlətinin güclü sosial siyasət kursuna malik olmasının daha bir əyani nümunəsi olduğunu vurğulayıb.
Türkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLARTürkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLARTürkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLARTürkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLARTürkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLARTürkiyəli nazir "Məzun evi" Sosial Müəssisəsində olub - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 587   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862