Magistraturaya sənəd qəbulu elan edildi

Magistraturaya sənəd qəbulu elan edildiDövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.

DİM-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 2-dən 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"indəki hesabına əlavə edir.

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 2-dən 12 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi 2018-ci il fevralın 25-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər.

İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında həyata keçirilir.

Magistraturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır.

Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

Qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. Eyni zamanda «Magistr» jurnalının bu sayında müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi"nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 554   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 172
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

13:34 117
.

Azərbaycanda məktəblilər arasında dava: Ölən var

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib. APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasın

10:28 993
.

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir. -in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısını

10:14 442
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 588
.

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib. APA-nın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələr də var. Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətində

21:03 154
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

20:30 120
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 166
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

21:26 100