Bağça müəllimləri müayinədən keçiriləcək

Bağça müəllimləri müayinədən keçiriləcəkTibbi müayinədən imtina edən, ağıreşidən və xəstə işçilər məktəbəqədər təhsil müəssisələrinə buraxılmayacaq Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası"nı təsdiq edib.

BiG.AZ-ın məlumatına görə, qaydaya əsasən, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər. Bu Qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar. Təhsilverənlər dövri müayinələrdən işəgötürənin göndərişi əsasında keçirlər. Dövri müayinələr bu Qaydaya əsasən həkim komissiyası tərəfindən həyata keçirilir.

Dövri tibbi müayinələr aşağıdakı məqsədlər üçün həyata keçirilir:

- təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi;

- xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması;

- işçinin sağlamlıq vəziyyətinə görə əmək fəaliyyətini davam etdirə bilməməsinin müəyyən edilməsi;

- işçilərin sağlamlığının qorunması və bərpası məqsədi ilə vaxtında profilaktik və reabilitasiya tədbirlərinin həyata keçirilməsi;

- infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması;

- təhsilalanların sağlamlığının qorunması.

Dövri tibbi müayinənin sonunda həkim komissiyası tərəfindən şəxsin sağlamlığı barədə müvafiq tibbi rəy tərtib edilir. Tibbi rəy iki nüsxədə tərtib olunur. Bir nüsxəsi dövri tibbi müayinəni keçən şəxsin iş yerinə rəsmi qaydada göndərilir, ikinci nüsxəsi isə ambulator xəstənin tibbi kartına əlavə olunur, həmçinin "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nə (VESKS) daxil edilir. Dövri tibbi müayinələr şəxsin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə ambulator və ya stasionar tibb müəssisəsində aparılır. Dövri tibbi müayinələr tibb müəssisəsində yaradılmış həkim komissiyası tərəfindən həyata keçirilir.

Təhsilverənlər üçün tibbi müayinələr aparan komissiyanın tərkibinə aşağıdakı həkimlər daxil edilir:

- terapevt;

- otorinolarinqoloq;

- narkoloq;

- infeksionist;

- psixiatr;

- dermatoveneroloq.

Təhsilverənlər aşağıdakı dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər:

- ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası;

- qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə);

- nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı);

- süzənək testi;

- bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinə.

Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:

- tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;

- tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;

- tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;

- helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;

- kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;

- kəskin virus infeksiyaları;

- kəskin bakterial infeksiyalar;

- bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;

- ruhi xəstəliklər;

- narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);

- ağıreşitmə.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1652   Tarix: 31 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789