Parkda hamının gözü önündə arvadının başını kəsirdi - Azərbaycanda ŞOK

Parkda hamının gözü önündə arvadının başını kəsirdi - Azərbaycanda ŞOKGöyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb.

BiG.AZ lent.az-a istinadən bildirir ki, Rayonun Kürdəmiş kənd sakini olan 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

*****

Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, rayonun Kürdəmiş kənd sakini 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı qısqanclıq zəminində bıçaqlayıb.

Bildirilir ki, cütlük arasındakı münasibətlər pozulandan sonra V.Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. O, kənddən Göyçay şəhərindəki ata evinə qayıdıb. Bundan sonra onların münasibəti daha da kəskinləşib. Dünən isə R.Həşimov həyat yoldaşı ilə söhbət eləmək istədiyini bildirərək Göyçayın mərkəzindəki parkda onunla görüşüb. Bu zaman o, özü ilə gətirdiyi bıçaqla Vüsaləyə bir neçə zərbə endirib. Qadının öldüyünü düşünən 42 yaşlı kişi daha sonra özünü bıçaqlayıb.

Qeyd edək ki, hadisə xeyli insanın gözü qarşısında baş verib və hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktl bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

*****

Göyçay rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib.

BiG.AZ trend-ə istinadən bildirir ki, Göyçay rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Həşimov həyat yoldaşı V.Kərimovanı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan V.Kərimova xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsiklə cinayət işi başlanılıb.

Hadisəni törədən R.Həşimov saxlanılıb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3907   Tarix: 25 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381