Türkiyə-İran münasibətlərin gərginləşməsi Azərbaycana necə təsir göstərə bilər?

Türkiyə-İran münasibətlərin gərginləşməsi Azərbaycana necə təsir göstərə bilər?"Afrin əməliyyatı təhlükəsizliyin qorunmasına xidmət edir".

Bunu BiG.AZ-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Türkiyə-İran münasibətlərin gərginləşməsi Azərbaycana necə təsir göstərə bilər?Fəzail Ağamalı qeyd edib ki, Suriyanın daxilində Türkiyəyə böyük təhdid olan kürdlərin YPG adlanan terrorçu qanadı fəaliyyət göstərir. Məhz buna görə də Türkiyə bu addım atmaq məcburiyyətində qaldı. Çünki Afrin Türkiyəyə həmsərhəddir. ABŞ-ın onlara kısa müddət ərzində üç milyon dollarlıq silah-sürsat verməsi kürd dövlətini yaratmaq niyyətini bir daha sübut elədi. Planlara uyğun olaraq Amerika özünün maraqlarına cavab verən hərbi baza, qurum yaratmağa çalışır. Dəfələrlə həmin terrorçu dəstənin Tükiyə üçün təhdid olduğunu Ərdoğan bəyan etsə də Amerika sərhədi mühavizə adı ilə otuz mindən artıq hərbi birləşməni yaratdı. Buna görə də Türkiyə bu addımı atmalı oldu".

Deputat vurğulayıb ki, Rusiyanın, İranın verdiyi açıqlamalar beynəlxalq hüquqların tələblərindən başqa bir şey deyil. "İran Türkiyənin Afrində apardığı əməliyyatlarına müqavimət göstərməyəcək. Türkiyənin apardığı əməliyyat İranın maraqlarına uyğundur. Çünki kürd dövlətinin yaradılması İran daxilində və sərhədində yaşayan kürd seperatçıların güclənməsinə səbəb ola bilər. Əlbəttə bu da İranın maraqlarına ziddir. Rusiya əməliyyatları sadəcə izlədiklərni bəyan edib. ABŞ-da əvvəlki vaxtlara nisbətən mövqeyini yumşaldıb. Türkiyəni başa düşdüyünü söyləyib. İngiltərə də Türkiyəni dəstəkləyib. Ancaq Fransa əks mövqe nümayiş etdirir. Fransa bu məsələni BMT-nin Təhlükəsizlik Şurasında qaldırsa da heç nəyə nail ola bilməyəcək. Türkiyənin diplomatik fəaliyyəti öz sözünü deyəcək. İranla Türkiyə münasibətlərin Afrin əməliyyatına görə kəsginləşəcəyini düşünmürəm. Azərbaycan bu gün Türkiyə ilə qardaş ölkə olaraq öz fəaliyyətini bu istiqamətdə gücləndirir. Bundan əlavə İranla bizim iqtisadi münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. Bu mərhələ ölkələr arasında dostluğun və etimadın artmağına xidmət edəcək. Düşünürəm ki, İran-Azərbaycan, İran-Türkiyə münasibətlərin gərginləşməsi gözlənilən deyil".

Türkiyə-İran münasibətlərin gərginləşməsi Azərbaycana necə təsir göstərə bilər?"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli vurğulayıb ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edir. "Terrora, aqressiv separatizmı qarşı mübarizə, vətəndaşlarının təhlükəsizliyini, sərhədlərinin toxunulmazlığını təmin etmək Türkiyənin müstəsna hüququdur. Bunun İrana yaxından uzağa heç bir aidiyyatı yoxdur. Əgər İran həqiqətən də yaxın qonşuluq münasibətlərinə önəm versəydi, terrorizmə, bölücülüyə qarşı mübarizədə səmimi olsaydı o zaman Türkiyəyə hərtərəfli dəstək verməliydi. Amma göründüyü kimi Tehran rejimi yenə də panfarsist mövqedən çıxış edir, bölgədə türklərin güc sahibi olmasını, təhdidləri aradan qaldırılmasını həzm edə bilmir. Türkiyə PKK-PYD terrorçularına qarşı hərbi əməliyyat keçirir. Əgər İran bunun əleyhinədirsə, deməli o zaman terrorçuların yanındadır. Əgər nəzərə alsaq ki, Tehran rejimi İranda, Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərə zaman-zaman kürdləri köçürməklə dempqrafik vəziyyəti dəyişməyə çalışıb, o zaman Tehran rejiminin Türkiyənin keçirdiyi antiterror əməliyyatlarından nə üçün əndişələndiyini başa düşmək olar. Amma məsələyə başqa rakursdan da yanaşmaq mümkündür: Məsələn, İran bu günə kimi Bəşər Əsəd rejimini dəstəkləyib. Bəşər Əsəd rejimi isə Türkiyənin hərbi əməliyyatlarının əleyhinədir. Ola bilsin ki, Tehran məhz bu kontekstdən Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxış edir. Yəni simasını qoruyub saxlamağa çalışır. Baxmayaraq ki, Tehran da, Bəşər Əsəd də simalarını çoxdan itiriblər".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1296   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 412
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 244
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1399
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

14:50 283
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 281
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

16:22 234
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

16:10 135
.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453