Vahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdir

Vahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirANS-in rəhbəri 28 il davam edən şərəfli mübarizədən danışdı

Bu gün Azərbaycan xalqı 28 il bundan əvvəl yanvarın 20-də baş vermiş qanlı hadisələrin ildönümünü qeyd edir. Həmin gün sovet ordusu mərkəzin əmri ilə Bakıya hücum edərək şəhəri qana bələmişdi. Həmin gün barədə Azərbaycanda fərqli yanaşmalar var - bəziləri 20 yanvarı milli matəm günü, bəziləri isə Azərbaycan xalqının milli istiqlal yolunda ayağa qalxıb şücaət göstəridiyi gün kimi dəyərləndirir. Həmin hadisələrin iştirakçısı, tanınmış jurnalist, hərbi reportyor, ANS telekanalının prezidenti Vahid Mustafayev 20 yanvarı Böyük Qəhrəmanlıq Günü sayır və İstiPress-ə verdiyi müsahibəsində 28 il əvvəl baş vermiş hadisələrin indiyə kimi o qədər də geniş tanınmayan qəhrəmanlarından bəhs edib.

- Vahid müəllim, siz 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşunlarının hücumu zamanı çəkilişlər aparmış çox az sayda insandan biri olmusunuz. O vaxt 21 yaşlı gənc bir tələbə idiniz. Bəs, sizi çəkilişlər aparmağa nə vadar etdi?

- O vaxt biz, sovet təbiri ilə desək "samizdat", yəni qeyri-rəsmi qəzet buraxırdıq, adı "Rokoko" idi. Yəni jurnalistika ilə məşğul olurduq və bu hadisələr də diqqətimizdə idi. Demək olar ki, bütün mitinqlərdə iştirak edirdik, hadisələrin gedişini izləyirdik. Bir növ hadisələrin içində idik.

Amma əminliklə deyə bilərəm ki, azərbaycanlıların 95%-i kimi biz də ilk gülləyə qədər 20 yanvar hadisələrinin baş verəcəyini gözləmirdik. Çünki SSRİ-də heç kəs sovet əsgərinin vətəndaşa güllə ata biləcəyinə inanmırdı. Mən özüm də sovet əsgəri olmuşdum və əsgərlikdən yeni gəlmişdim. Bizi öyrədirdilər ki, sovet əsgəri xalqı qorumalıdır. Düzdür, Bakıdan öncə Tiflis hadisələri olmuşdu, amma müqayisədə qat-qat kiçik miqyaslı idi. İnsanlar əsgərlərin Bakıda bu qədər vəhşilik edəcəyinə inanmırdılar.

Həmin gün Bakının əsas girişində - indiki 20 yanvar dairəsində barrikadaların yanında idim. Ordakı uşaqlardan bəziləri silah tələb etməyə başladılar. Bir neçə adamın silahı var idi, o da onların şəxsi ov silahları idi. Amma insanlar kütləvi şəkildə silahla təmin edilməmişdi. Lakin silah tələbi artırdı. Ona görə barrikadanı təşkil edən insanlar bir "Zil" avtomobili ilə armatur parçaları gətirmişdilər, insanlara payladılar. Bir də tövsiyyə edirdilər ki, daşlardan istifadə etsinlər.

Sösüz ki, orada olan peşəkar insanlar, o cümlədən mənim atam - peşəkar hərbçi, Həştərxan vilayətinin Kapustin-Yar məntəqəsində yerləşən məxfi raket hissəsində komandir olmuş Fuad Mustafayev bunun əleyhinə çıxırdı. O müraciət edirdi ki, artmaturla və daşla tanka qarşı çıxmazlar, daha güclü silahlar lazımdır. Lakin bir sıra insanlar atamın bu sözlərinə qarşı çıxırdılar. Düşünürəm ki, silahlarla lazımi səviyyədə təchiz olunsaydıq hücum edən əsgərlərə qarşı lazımi səviyyədə çıxa bilərdik.

Düzdür, Molotov kokteylləri vardı, amma onların da sayı az idi. İnsanlar anlamırdı ki, qarşı tərəf də bu hücuma hazırlaşıb. Həmin əsgərlərə demişdilər ki, qarşı tərəfdə silahlı insanlar var və sizə atəş aça bilərlər. Mən o əsgərləri görmüşdüm, onlar heç də parad marşı ilə güc nümayiş etdirməyə gəlməmişdi, onlar ciddi hərbi əməliyyatlara, hücuma hazır vəziyyətdə idilər. Onlara müdafiə-hücum əməliyyatlarına hazırlıq tapşırığı verilmişdi.

Bizim fikirlərimiz öz təsdiqini tapdı. Əsgərlər atəş açdı və onların atdığı gülələrdən biri ağacda oturmuş 13-14 yaşlı uşaqlardan birinə dəydi. Adamlar yalnız uşağın nəfəsinin kəsildiyini görəndən sonra əsgərlərin həqiqi güllələrlə atəş açdığını başa düşdülər. Əvvəl isə deyirdilər ki, qorxmayın, bunlar boş güllələrdir, uzağı rezin güllə ola bilər. Tiflisdə camaatı qorxutmaq üçün rezin və boş güllələrdən istifadə etmişdilər. Dərhal barrikadalardan da əsgərlərə güllə atdılar. Nəticədə, qarşı tərəf var gücü ilə hücuma keçdi və bu faciə baş verdi.

- Çəkilişi aparan jurnalistlər arasında əlaqə vardımı?

- Məsələ bundadır ki, o vaxt bütün şəhərdə rabitəsizlik hökm sürürdü. Hücum edən ordu şəhərdə rabitəsizliyə nail olmaq üçün əlindən gələni etmişdi - televiziya partladılmışdı, radionu nəzarətə götürmüşdülər, qorxurdular ki, Xalq Cəbhəsi televiziyanı ələ keçirərək xalqa müraciət edə bilər. Telefonlar da işləmirdi, amma buna baxmayaraq Xalq Cəbhəsi rabitə yolunu tapmışdı. Onda sifarişli sarı taksilər vardı və onların üzərində ratsiya aparatı quraşdırılmışdı. Xalq Cəbhəsinin hər dayaq nöqtəsinin yanına bir taksi gətirilmişdi və həmin taksilərin ratsiyası ilə əlaqə saxlayırdılar.

Taksidən başqa təcili yardım maşınlarında da ratsiya vardı, amma o, təcili yardım həkimlərinin özlərinə lazım idi, çünki yaralı çox idi və həmin yaralıları xilas etməklə məşğul idilər. Təbii ki, milisdə də ratsiya vardı, amma o, dövlətin nəzarəti altında idi.

- Baş verən hücumun çəkilişini aparanlardan kimlər yadınızda qalıb?

- Orda çəkiliş aparan müxtəlif qruplar vardı. Hücum edən tərəfi - SSRİ Müdafiə Nazirliyinin xüsusi qrupu çəkiliş aparır , həmçinin Dövlət Kəşfiyyat İdarəsi, Azərbaycanın KQB-s i, Daxili İşlər Nazirliyi də çəkiliş aparırdı. Yəqin ki, arxivlərində durur və ümid edirik ki, inşallah bir gün arxivlərini açarlar. Vətəndaşlardan və jurnalistlərdən çəkiliş aparanlar az idi. Çünki indiki kimi mobil telefonlar yox idi, çəkiliş kameraları çox baha idi, o da dövlətə məxsus idi. Bir sıra sadə vətəndaşlarda kameralar var idi, jurnalistlər və mülki insanlar əsasən fotoapartdan istifadə edirdi. Biz ANS-çilərdən başqa jurnalist olaraq kamera ilə çəkiliş aparanlar sırasında Etibar Cəfərov vardı, xarici kanallardan biri üçün işləyirdi. Romas Dobrukas - o da xarici telekanalların stringeri idi. Vladimir Kremlyovski də xarici telekanallar üçün işləyirdi. Jurnalist Mais Məmmədov və operator Nadir Zeynalov da çəkiliş aparanlar arasında idi. Vətəndaş mövqeyinə görə Rasim Müzəffərli və Pərviz İsmayılov da çəkiliş aparırdı, sonradan onların da bu çəkilişləri arxivlərə düşdü, çox vacib kadrları oldu. O zaman bu çəkilişləri aparmaq elə də asan deyildi. Çox riskli idi. Çünki hücum edən aqressorların hədəfi silahlı və kameralı insanlar idi. Yəni hər ikisini məhv etmək əmri verilmişdi.

- Çəkiliş aparan zaman ölənlər oldu?

- Xeyr, hadisələr zamanı ölən jurnalist olmadı, amma xəsarət alanlar vardı. Həmin gün xəsarət alanlardan biri qardaşım Çingiz Mustafayev olmuşdu. O, həmin vaxt Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sanatoriya-praflaktoriyasının baş həkimi idi. Öz dostları ilə yaralıları yığaraq həmin sanatoriyaya aparırdılar ki, orada ilkin tibbi yardım göstərsinlər. Bir dəfə əsgərlər onları saxlayıbmış. Çingiz əsgərlərlə söhbət edib onların başını qatırmış ki, uşaqlar yaralıları yerdən yığa bilsinlər. Lakin əsgərlər onun hiyləsini anlamışdılar və avtomatın qundağı ilə başına zərbələr endirmişdilər. Zərbələrdən hətta Çingizin çənəsi sınmışdı. Yəni jurnalistlər arasında ən çox xəsarət alan Çingiz idi. Bir də Vladimir Kremlyovskinin ayağına rezin güllə dəymişdi. Amma elə ciddi zədə almamışdı. Onu Oktyabr rayon təcili yardım stansiyasına apardılar və yarasını sarıdılar.

- Bu çəkilişlərin sonrakı taleyi necə oldu? Onları ölkədən kənara çıxarıb baş verənlər barədə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları məlumatlandıra bildinizmi?

- Müxtəlif yollar tapıb həmin çəkilişləri xaricə ötürdük. O vaxt xarici təşkilatların nümayəndələri, xarici jurnalistlər "Moskva" mehmanxanasında (indiki "Alov qüllələri"nin yerində - red) toplaşmışdılar, orda qərargah yaradılmışdı. Biz çəkilişləri onlara verdik ki, beynəlxalq təşkilatlara və nüfuzlu xarici telekanallara çatdırsınlar. Həmin çəkilişləri Moskvaya da apardıq, orada bütün xarici təşkilatların nümayəndəlikləri Kalinin prospektində yerləşirdi. Bu da çətin idi, aeroport işləmirdi, reyslər dayandırılmışdı.

Bəzi çəkilişlərimi isə KQB evimi yarıb apardı. Mən evdə olmayanda evimə girdilər və bəzi kasset və materiallarımı apardılar. Polis bu işlə heç məşğul da olmadı; dedilər: "...Başını soxma, yoxsa başını da oğurlayıb apararlar". Oğurlanan materiallar içində Etibar Məmmədovlə Lefortovodan qabaq müsahibənin yazısı, Şeyxülislamla, AXC funksionerləri ilə müsahibələr və 20, 21, 22 yanvar materiallarından da apardılar. Ümid edirəm ki, səliqə ilə qoruyub saxlayırlar. İnşallah, bir gün arxivlər açılar və həmin çəkilişlər işıq üzü görər.

- Sizə qarşı təzyiqlər çox olurdu?

- Bizi çox təqib edirdilər. Şəxsən məni dəfələrlə tutub təcridxanaya salmışdılar. Digər jurnalistləri də tuturdular. Əsgərlər də jurnalistləri tuturdu - komendatura Qoşa Qala qapısının yanında yerləşirdi və orda məni də günlərlə saxlayıblar. Bu gün Azərbaycan xalqı müstəqildir və bunda həmin günlərdə fəal olmuş jurnalistlərin böyük rolu var. Bəziləri artıq haqq dünyasına qovuşublar, artıq Etibar Cəfərov, Vladimir Kremlyovski aramızda yoxdur. Amma onların xatirəsi uzun müddət bizimlə yaşayacaq.

- Siz Azərbaycan xalqının 1990-cı il yanvarın 20-də apardığı mübarizənin canlı şahidisiniz. Sizcə, Azərbaycan xalqı həmin gün mübarizəyə çıxmasaydı, qorxsaydı və geri çəkilsəydi, indi müstəqi ola bilərdi?

- Xeyr, ola bilməzdi. Uzun müddət bu tarixə yanaşma yanlış olub, ona bir matəm günü kimi baxıblar. Hesab ediblər ki, həmin gün Azərbaycan xalqını müsibətlərə düçar ediblər. Amma bu, belə deyil. Azərbaycan xalqı 20 yanvarda göstərdi ki, heç bir düşmənə boyun əyən deyil. 15 respublika arasında SSRİ-yə ilk müqavimət göstərən biz olduq. Azərbaycan bu günü qaboyda çalınan matəm musiqisi ilə deyil, cəngi ilə, Koroğlu Uverturası ilə qeyd etməlidir. Çünki həmin gün qəhrəmanlıq dastanı yazıb.

Bakıya o vaxt 50 minlik ordu yeridilmişdi - Qafqaz, Moskva və Leninqrad hərbi dairələrinə aid 76-cı, 56-cı və 106-cı desant diviziyaları gətirilmişdi və onlara general Aleksandr Lebed rəhbərlik edirdi. Hücum edən hər bir əsgərin əlində ən azı iki silah vardı. Onların qarşısına çıxan azərbaycanlıların çox azının əlində silah vardı. Amma buna baxmayaraq azərbaycanlılar şücaət və qeyrətlə müqavimət göstərdilər. Əgər bu müqavimət olmasa idi Azərbaycanın şəhid və qurbanlarının sayı 130 yox daha çox olardı. Çünki qarşı tərəf 30 əsgər itirmişdi və daha çox itirməkdən qoxdu.

Biz həm şəhid, həm də qurbanlar verdik. Qurbanların kim olduğu aydındır - azyaşlı qızlar, yaşlı qadınlar, qocalar və s. Bakıya hücum çəkən ordu yaşına, etnik mənsubiyyətinə fərq qoymadan hər kəsi öldürürdü, ona görə də azərbaycanlılarla yanaşı Bakıda yaşayan digər xalqlar - ruslar, yəhudilər, ləzgilər və s. xalqlar da quban verdilər.Allah onların hamısına rəhmət eləsin, xatirələri həmişə yanımızda əzizdir.

Amma Azərbaycan xalqının həm də şəhid kimi həyatını Vətənin azadlığına fəda edən oğulları oldu. Onlar Bakıya hücum edən ordu ilə döyüşərək həlak oldular. Bütün bunları mən öz "Qanlı Yanvar" filmimdə təsvir etmişəm. Mən həmin günlərdə çox qəhrəmanlıqların şahid oldum - Bakıya hücum etmiş düşmən əsgərin silahını əlindən alıb özünü öldürənlər də gördüm. Bir həmvətənimiz əlindəki Molotov kokteyilini dinc əhaliyə atəş açan əsgərin üstünə atdı, əsgərin başı od tutanda o, öz əsgər yoldaşlarının üstünə qaçıb onlara sarıldı və nəticədə bir neçə düşmən əsgər həlak oldu.

20 yanvarda əliyalın Azərbaycan xalqı təpədən dırnağa silahlanmış, zirehli texnika ilə gəlmiş düşmənlə üz-üzə, qorxmadan və başını əymədən döyüşdü. Həmin gün Azərbaycan xalqı böyük şücaət göstərdi. Biz unutmamalıyıq ki, artıq 27 il davam edən və gündən günə möhkəmlənən müstəqilliyimizə görə məhz 20 yanvarda göstərdiymiz şücaətə borcluyuq. Həmin gün Azərbaycan xalqı azadlığa layiq olduğunu sübut etdi və bütün digər düşmənlərimiz də bunu gördü.
mənbə:istipress

Vahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdirVahid Mustafayev: "Azərbaycan sübut etdi ki, istənilən düşmənlə üz-üzə, qorxmadan döyüşməyə qadirdir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 20 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

10:52 696
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

16:22 275
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 487
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

17:09 188
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 123
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

17:46 105
.

Türkiyənin 15 vilayəti üçün XƏBƏRDARLIQ edildi - FOTO

Türkiyənin 15 vilayəti üçün sarı kod xəbərdarlığı edilib. bu barədə "Haber Global"a istinadən xəbər verir. Meteorologiya Ümumi Müdirliyi yeni həftənin ilk günü üçün hava proqnozunu açıqlayıb. 15 əyalət üçün kod sarı xəbərdarlıq edilərkən, bu əyalətlərdə tufan gözlənildiyi bildirilib. Meteorologiy

10:05 396
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 170
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 313