Sosial müavinətlərlə bağlı nazirdən şad xəbər - VİDEO

Sosial müavinətlərlə bağlı nazirdən şad xəbər - VİDEOƏlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəaların yer aldığı qanun layihəsi Milli Məclisə təqdim edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, yerlərdə maddi-məişət şəraitinin yoxlanılması yenidən bərpa edilib.

"Əlillərin sosial müdafiəsi haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilib.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, layihədə əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapacaq.

Səlim Müslümov ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, sosial müavinətlər 2016-cı il fevralın 15-dən etibarən avtomatlaşdırılmış sistemlə təyin edilir. Hazırda 80 minə yaxın sakin ünvanlı sosial yardımı bu üsulla alır. Nazir deyib ki, avtomatlaşdırılmış sistem istifadəyə verilən yerlərdə maddi-məişət şəraitinin yoxlanılması aradan qaldırılmışdı. Lakin, Hesablama Palatası yerlərdə yoxlamalar aparıb və bəzi səbəblərdən maddi-məişət şəraitinin yoxlanılması bərpa edilib.

Nazir tərkibində əmək qabiliyyətli şəxslər olan ailələrə səslənərək məsləhət görüb ki, həmin insanlar Məşğulluq Mərkəzlərinə müraciət edərək özünəməşğulluq proramlarına cəlb olunsunlar. Bu məqsədlə dövlət tərəfindən 35,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1694   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 280
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 166
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 161
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 506
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 253
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 2248
.

"Bahar" serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən "Bahar" serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək. OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq. Qeyd edək ki, layihədə baş rollar

11:14 77
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

06.05.2024 534
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

06.05.2024 165