"Rəis siyahı verib tapşırıb ki, bu maşınlar cərimə meydançasına aparılsın" (İDDİA)

"Rəis siyahı verib tapşırıb ki, bu maşınlar cərimə meydançasına aparılsın" (İDDİA)Yanvarın 15-də Xətai rayonu ərazisində yol polisi tərəfindən saxlanılan maşının sürücüsü əvvəlcə "avtoş"luqda ittiham edilib, sonra isə başqa ona maddə ilə protokol yazılıb.

BiG.AZ-ın məlumatına görə, qafqazinfo-ya müraciət edən vətəndaş İsrafil Cəbrayılov bildirib ki, 99 YP 290 nömrəli YPX maşınında xidmət aparan əməkdaşlar tərəfindən saxlanılan 10 GU 242 nömrəli "Toyota Prado" markalı həmin avtomobil kürəkəni, Cəbrayılov Taleh İsmayıl oğluna məxsus olub:

"Ona deyiblər ki, sən "avtoş"san, maşın cərimə meydançasına aparılacaq. O da həmin vaxt uşaqlarını məktəbdən götürməyə gedirmiş. Polis deyib ki, bizlik bir şey yoxdu. Rəis Cavanşir Ələkbərov siyahı verib tapşırıb ki, bu maşınlar cərimə meydançasına aparılsın. Ona "avtoş"luq etməsini sübut edən hər hansı video və ya foto görüntü təqdim etməyiblər. Məcburən yanına bir serjant polis oturdublar, bir yerdə məktəbə gediblər. Uşaqlar da atalarının yanında polisi görüb qorxublar, həyəcan keçiriblər. Onları evə düşürəndən sonra polis əməkdaşı maşını cərimə meydançasına aparıb. Talehə də deyib ki, sabah gəlib rəislə danışarsan".

T.Cəbrayılov 102 xidmətinə zəng edərək məlumat verib.

İ.Cəbrayılov qeyd edib ki, bundan sonra yol polisi maşın sahibinə zəng edərək avtomobili gəlib aparmasını bildirib:

"Deyiblər ki, sənə işıqların yanmadığı haqda protokol yazırıq, 45 manat da cərimə ediblər. Protokolu da saxlanılan zaman yox, bir gün sonra yazıblar. Sonra da protokolu ona verməyiblər, bir kağıza kodu yazıb veriblər ki, ödəyərsən. Bu gün həmin cərimə meydançasına getdim, yenə də protokolu bizə vermədilər. Bizim kimi 10-larla adamı da "avtoş" adı ilə tutub gətirmişdilər. Bu, özbaşınalıq, qanunsuzluqdur".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: "Vətəndaş bizə müraciət etsin, biz ətraflı araşdırma aparaq. Artıq mediaya müraciət etməsi də bizim məsələni araşdırmağımız üçün kifayətdir. Həmin yol polisi əməkdaşının üzərində olan səsyazma cihazı vasitəsilə sürücü arasındakı dialoq araşdırılacaq. Vətəndaşın yol polisinin pul tələb etməsi barədə dedikləri inandırıcı deyil. Belə bir hal qeyri-mümkündür. Bu məsələ dərhal araşdırılacaq və nəticədən asılı olaraq qərar veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1094   Tarix: 17 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568