Evlənmək üçün Facebook-da ehtiraslı qız axtaran Samir — "Məleykə Əsədova xoşuma gəlir" - FOTOLAR

Evlənmək üçün Facebook-da ehtiraslı qız axtaran Samir — "Məleykə Əsədova xoşuma gəlir" - FOTOLARSosial şəbəkələrdə, xüsusən "Facebook"da çox aktivdir. Yazdıqlarına belə anlaşılır ki, əsas məqsədi ürəyinə yatan, hündürboy, gözəl qızla tanış olmaqdır. Statuslarına gələn rəylər isə bir sıra məşhurlara gələn rəy sayından çoxdur.
Beləliklə, ölkə.az-ın suallarını son günlər sosial şəbəkələrin fenomeninə çevrilmiş Samir Hüseynov cavablandırır.

- Sosial şəbəkələrdə çox məşhursunuz. Özünüz haqda məlumat verərdiniz.

- 1990-cı ildə anadan olmuşam, Tovuzun Əlimərdanlı kəndində yaşayıram. Mal-qara saxlayırıq, başqa məşğuliyyətim yoxdur.

- "Whatsapp"da çox qızla danışırsız?

- Mənlə görüntülü danışmayanlara inanmıram. Çünki çoxu oğlan olur. Amma görüntülü danışdıqlarım da olur.

- "Whatsapp"da qızlarla nə haqda danışırsız?

- Bizim ölkədə qızlar oğlanlara danışmaqdan çəkinirlər.

- Amma "Facebook"da Aysel adlı xanıma təşəkkür etmişdiniz.

- O mənim qız dostumdur, heç kimə dəyişmərəm. Keçmişdə sevgili olmuşuq. Onun kimi qız yoxdur. Qızlar o qədər təzyiq görüblər ki, görüntülü danışmaqdan qaçırlar.

- Aysel də Tovuzda yaşayır?

- Xeyr, Aysel Türkiyədə musiqi müəllimidir. Başqa heç kimlə danışmıram, inanmıram. Bu dünyada saxta olmaq lazımdır, ay qardaş. Gərək hamıya kələk gələsən.

- Ayseli şəxsən görmüsünüz?

- Üzbəüz görüşməmişik, amma bizə qonaq gələsidir.

- Onun neçə yaşı var?

- İyirmi altı.

- Ola bilərmi ki, "Facebook"da, "Whatsapp"da tanış olduğunuz qızla ailə qurasınız?

- Evlənərəm, amma gərək özü mənimlə yazışsın, yalan danışmasın. Yalandan deyə bilmərəm ki, varlı adamam. Atam kasıb adamdır. Olanı demək lazımdır. Haqq nazilər, üzülməz.

- Real həyatda sevgiliniz olubmu?

- Olub, amma ayrılmışıq. O qız mənlik deyildi. Məni onun-bunun ayağına verdi, ayrıldım.

- Özünüzdən 15 yaş böyük xanımı sevə bilərsinizmi?

- Üç-dörd yaş böyük, üç yaş da kiçik ola bilər. Gərək həyatı qana bilsin.
- Yəqin ki, şeir də yazırsınız?

- Yazmıram.

- Saz çala bilirsiniz?

- Bacarmıram.

- Sevdiyiniz qızı necə təəccübləndirə bilərsiz?

- Qəşəng şeir yaza bilərəm.

- Bəs deyirsiniz ki, şeri yazmırsınız?

- Sevdiyim qızlara yazıram da.

- O da şeir sayılır da. İstərdim bir bənd deyəsiniz.

- Həyatım, ölürəm sənsiz,
Bir dənəm, yaşamam sənsiz.
Sən mənim ömrümün mənasısan, canım
Sənsiz ölərəm, ölərəm, canım.

- Bu şeirlərdən kitab çap etdirmək fikriniz varmı?

- Xeyr.

- Elza Seyidcahanın şeirlərini oxumusunuzmu? Həm də şeirlərinizdə tərz yaxınlığı var

- Elza xanımın yaxşı səsi var, təəssüf ki, özünü güldürür.

- Sevgili olmaq istədiyiniz müğənni varmı?

- Müğənnilərdən yox, amma aktrisalardan var. Məleykə Əsədova çox xoşuma gəlir, ideal qadındır.

- Məleykə xanımda ən çox nə diqqətinizi çəkir?

- Enerjili qadındır. Hər qadında enerji olmur. Bura istər zahiri, istər intim tərəfi aiddir. Ona görə də Məleykə xanımı çox bəyənirəm.

- Son olaraq, sevənlərinizə son sözünüzü bilmək istərdim.

- Son sözüm odur ki, mənə yalan danışmasınlar. Qız adından yazan oğlanları da yoxlayacam. Mən uşaq deyiləm. Sizdən də bir istəyim var. Məni ATV-dəki Zaurun yanına çıxardasan. Evlənmək istəyirəm.
Evlənmək üçün Facebook-da ehtiraslı qız axtaran Samir — "Məleykə Əsədova xoşuma gəlir" - FOTOLAREvlənmək üçün Facebook-da ehtiraslı qız axtaran Samir — "Məleykə Əsədova xoşuma gəlir" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5654   Tarix: 17 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356