Bakıda Neft Akademiyasında yenə TERROR OLACAQMIŞ

Bakıda Neft Akademiyasında yenə TERROR OLACAQMIŞ

Adları çəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror aktı həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər

Terrorçuluq və digər cinayətlərdə təqsirləndirilən Fərid Sadıqovun barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, "Əbdülxaliq" ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatına xas ideyaların Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Adları çəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror aktı həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara da hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdiriib. Dəstənin digər üzvü Fərid Sadıqov isə sonradan həbs edilib.

Fərid Sadıqov Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birliyin üzvü olma), 214-cü (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

mənbə: teleqraf.com

Bakıda Neft Akademiyasında yenə TERROR OLACAQMIŞ

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6101 Tarix: 17.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol