Ata milyonçu müğənni, oğul evsiz sərgədan - FOTO

Atamın dünyaca məşhur sənətçi, milyonçu olması faktdır. Amma bu da faktdır ki, mən yoxsul, evsiz-eşiksiz insanam.

29 yaşlı Conatan Berkeri belə deyir. O, ABŞ-ın Nyu-Cersi ştatında evsizlər üçün sığınacaqlardan birində yaşayır.

Conatan "Con Cons" təxəllüsü ilə çalışan musiqiçi olduğunu da vurğulayır.

BiG.AZ milli.az-a istinadən bildirir ki, Conatanın sözlərinə görə, atası ondan imtina etsə də, atası ilə görüşmək istəyir: "Atam qocadır, yaşlıdır. Nə qədər gec deyil, onunla görüşməyi, bir araya gəlməyi arzulayıram".

Conatanın atası isə dünyanın ən məşhur sənətçilərindən biri, britaniyalı ser Tom Consdur.

77 yaşlı Tom Cons multimilyonçudur, onlarla lüks apartamenti, villası və malikanəsi var. Oğlu isə sığınacaqda gecələyir.

Tom Cons ötən həftə Los-Ancelesdəki villasını 9 milyon dollara satıb.

Əfsanəvi müğənninin dediyinə görə, xanımı Linda 2016-cı ildə ağciyər xərçəngindən vəfat edəndən sonra Los-Ancelesdəki villada yaşaya bilməzdi.

Bu səbəbdən də 5 yataq və 7 vanna otağı olan villa satılıb.

Conatan Berkeri isə Nyu-Cersidəki sığınacağı özünə ev sayır.

Dediyinə görə, hər axşam sığınacağa gələn 30 evsiz-eşiksiz insanı qabaqlayaraq özünə adyal tapanda bəxtəvər olur.

"Atamla indiyədək bir dəfə də görüşməmişəm. Mənə bir dəfə də zəng vurmayıb, hədiyyə və ya açıqca yollamayıb. Lakin ümid edirəm ki, atam nə zamansa mənimlə görüşmək istəyəcək", - Conatan söyləyib.

DNT testləri Conatanın atasının Tom Cons olduğunu sübut etsə də, müğənni bunu etiraf etmək və Conatanı oğlu qismində tanımaq istəmir.

Cənubi Uelsdəki Pontipridd şəhərində yaşamış, şaxtaçı olmuş Tom Cons 47 yaşında olanda amerikalı model Ketrin Berkeri ilə üç gün davam etmiş eşq yaşamışdı. Onlar 1987-ci ilin oktyabrında Nyu-Yorkdakı gecə klubunda tanış olmuşdular.

Onda Tom Cons evli idi.

Üç günlük "eşq"dən üç ay sonra Ketrin Berkeri müğənniyə zəng vurararq hamilə olduğunu söyləmişdi. Fəqət, Tom Cons modelə cavab verməmişdi.

Conatan Berkeri 1988-ci ilin iyunun 27-də doğulub.

"Məşhurluğumun zirvə dlönəmlərində ildə 250 qadınla yatağa girirdim" söyləyən Tom Cons oğlunu tanımaq istəməsə də, məhkəmə DNT testinin sonuclarına əsaslanaraq "Conatan Berkeri məhz Tom Consun oğludur" qərarını açıqlamışdı.

Qərara görə, Conatan 18 yaşına çatana qədər Tom Cons hər ay Ketrin Berkeriyə 2200 dollar ödəyib.

"Conatan cavanlıq səhvimin nəticəsidir. O, nikahdankənar oğlumdur və rəsmi varisim qismində tanımaq niyyətində də deyiləm", - Tom Cons söyləyib.

Ata milyonçu müğənni, oğul evsiz sərgədan - FOTOAta milyonçu müğənni, oğul evsiz sərgədan - FOTOAta milyonçu müğənni, oğul evsiz sərgədan - FOTOAta milyonçu müğənni, oğul evsiz sərgədan - FOTOAta milyonçu müğənni, oğul evsiz sərgədan - FOTOAta milyonçu müğənni, oğul evsiz sərgədan - FOTOAta milyonçu müğənni, oğul evsiz sərgədan - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1295   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788