Pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

Pensiyalar nə qədər artacaq? - Ekspert açıqladıRəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6,2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək.

BiG.AZ xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov danışıb. O bildirib ki, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq:

"Yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var.

Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək.

İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə" deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.

Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. Bu ildən isə bu məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3057   Tarix: 15 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 412
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 244
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1399
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

14:50 283
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 281
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

16:22 234
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

16:10 135
.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453