Qatarın üstündə paytaxta biletsiz getmək istəyən gənc reanimasiyaya getdi

Qatarın üstündə paytaxta biletsiz getmək istəyən gənc reanimasiyaya getdi

Qazaxıstanda Kokşetau sakininin Astanaya elektrovozun üstündə getmək qərarı ona baha başa gəlib.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, biletsiz səfər etmək istəyən 25 yaşlı gənci qatarın üstündə 29 min voltluq cərəyan vurub.

Gəncin bədəninin 45 faizi termik yanıqlarla yanıb. O, dərhal xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatda qalması mümkün olub.

Biletsiz gedib qazanmaq istəyən Kokşetau sakini hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 666 Tarix: 12.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər