Sarkisyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Ermənistanın iç üzünü açdı

Sarkisyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Ermənistanın iç üzünü açdı"Yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının artması qiyama gətirib çıxara bilər".

Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, yanacağın bahalaşması təkcə nəqliyyatda tariflərin artması ilə yekunlaşmır: "Bu, yük daşımalarının, eləcə də qida məhsulları da daxil olmaqla bütün malların qiymətinin artması ilə nəticələnəcək. Qiyam özlüyündə neqativdir və bu, siyasi proseslərin yoxluğunun meyvəsidir. Xalq ayağa qalxır, qarşısına çıxanı süpürüb aparır istədiyini edir. Onun qarşısını almaq mümkün olmur".

M.Sarkisyan xatırladıb ki, Ermənistanda ciddi sosial narazılıq 2015-ci ildə "Elektromaydan" zamanı oldu: "Lakin 2016-cı ildə təhlükəsizliklə bağlı ciddi böhranla qarşılaşdıq. "Sansa-sner" qiyamı oldu. Bu, onu göstərir ki, sistem özünü batırdı. Onlar bunu anladıqları üçün hökuməti buraxdılar, 6-7 general istefaya göndərildi. Bundan sonra vəziyyət bir qədər yumşaldı. Bu gün vəziyyət yenidən dəyişir. Hakimiyyət "ordu-millət" ideyasını irəli sürərək, möhtəkirlik edir. Bu isə ictimai əhval-ruhiyyəyə təsir edir. Bununla yanaşı, benzinin qiyməti qalxaraq, əvvəlki vəziyyətə qayıdır. Bütün bunlar cəmiyyətdə şübhələrə səbəb olur. Yeri gəlmişkən, qiyamlar sadəcə mürəkkəb sosial vəziyyətə görə yaranmır, bu, adi şeylərə görə - misal üçün hakimiyyətin yalan danışması kimi - alovlana bilər. Serj sarkisyan insanları özünü gələcək nağılları ilə doyuzdurmağa çalışır, lakin insanlar onları axmaq yerinə qoyanları bağışlamır".

Erməni politoloq Serj Sarkisyanın hakimiyyətdən getməyinin vacib olduğunu diqqətə çatdırıb.

"O anlamlıdır ki, vaxtını başa vurub. Xüsusilə 2016-cı ildə Qarabağ müharibəsində danışdığı yalanlar buna zəmin yaradır. Hazırda hakimiyyət daxilində görünməyən müharibə gedir. Kimin qalib gələcəyi bəlli deyil, lakin bir şey aydındır ki, bu müharibədən Ermənistan qalib çıxmayacaq", - deyə o vurğulayıb.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2139   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 176
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

29.04.2024 183
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

29.04.2024 847
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 430
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 169
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

29.04.2024 207
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 634
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın xarici işlər naziri Parnpre istefa verib. xəbər verir ki, Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, bu gündən etibarən Xarici İşlər Nazirliyindən və təyi

29.04.2024 118
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 275