"Azəriqaz" tarifin hesablanması ilə bağlı iddialara aydınlıq gətirib - VİDEO

"Azəriqaz" tarifin hesablanması ilə bağlı iddialara aydınlıq gətirib - VİDEOÖtən ilin dekabr ayında "Azəriqaz" İstehsalat Birliyi 2017-ci ildə verilən 1700 kubmetr limitinin dekabr ayının sonundan sıfırlanacağı və yanvar ayından bu il üçün yeni limitin hesablanmasına başlanılacağı barədə məlumat vermişdi. Lakin bəzi "Smart İTRON" elektron qaz sayğaclarından istifadə edən abonentlər yanvar ayında ödəniş etdikdə qazın tarifinin 20 qəpikdən hesablandığını, mexaniki sayğaclardan istifadə edən abonentlər isə ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alındığını iddia ediblər.

"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev bu məsələlərə aydınlıq gətirib.

O bildirib ki, verilmiş limiti keçən bəzi "Smart İTRON" qaz sayğacının istifadəçiləri 2018-ci ilin əvvəlində sayğaca ödəniş etdiklərini, lakin 20 qəpik tarifi ilə hesablandığını bildirərək, quruma müraciət ediblər. Onun sözlərinə görə, belə məlumatlar daxil olanda qurumun əməkdaşları baza məlumatlarına baxaraq aydınlaşdırıb ki, həmin abonentlər ötən ilin dekabr ayında smart kartına pul yükləyib, lakin kartı 2018-ci ilin ilk günlərində sayğaca daxil edəndə bu proses baş verib: "Məlumat verilmişdi ki, "Smart İTRON" məişət sayğaclarından istifadə edən abonentlər üçün 2018-ci ilin yanvar ayının 1-dən etibarən smart karta edilən ilk ödəniş tarixindən yeni il üçün limitin verilməsinə başlanılacaq".

Mexaniki qaz sayğacları ilə bağlı isə "Azəriqaz" rəsmisi qeyd edib ki, 2017-ci ilin dekabr ayından etibarən bu sayğacların üzərində göstəricilərin oxunması və bildirişlərin istehlakçılara paylanması üçün işlərə başlanılıb: "Limit günlük, həftəlik, aylıq deyil, illik verilir. Ona görə də dekabr ayının sonu və yanvar ayının ilk günləri bayram və istirahət günlərinə günlərinə təsadüf etdiyindən bu proses yanvar ayının ilk həftəsində tamamlanıb".

Qurumun rəsmisi qeyd edib ki, mexaniki qaz sayğacının göstəricisi ilə abonentlərə təqdim olunan bildiriş arasında qaz sərfiyyatı ilə bağlı göstərilən rəqəmdə hər hansı mübahisəli məsələ olarsa, yaxud da fərq yaranarsa abonentlər bununla bağlı yaşadıqları rayon üzrə yerli qaz xidmət sahəsinə, o cümlədən Regional Qaz İstismar İdarələrinə müraciət edə bilərlər. Müraciət dərhal araşdırılaraq məlumat verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2268   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 457
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 270
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

12:52 116
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 200
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 152
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 678
.

Türkiyənin 15 vilayəti üçün XƏBƏRDARLIQ edildi - FOTO

Türkiyənin 15 vilayəti üçün sarı kod xəbərdarlığı edilib. bu barədə "Haber Global"a istinadən xəbər verir. Meteorologiya Ümumi Müdirliyi yeni həftənin ilk günü üçün hava proqnozunu açıqlayıb. 15 əyalət üçün kod sarı xəbərdarlıq edilərkən, bu əyalətlərdə tufan gözlənildiyi bildirilib. Meteorologiy

10:05 281
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 473
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 210