Azərbaycanlıların qohum qız alma sevdasının QORXUNC ÜZÜ

Azərbaycanlıların qohum qız alma sevdasının QORXUNC ÜZÜDünyada qohum evlilikləri ilə illərdir aparılan mübarizə öz nəticəsini göstərsə də, Azərbaycanda hələ də azalmaq bilmir. Əsasən rayon yerlərində hamı özünün yaxın qohumunun qızını gəlin olaraq evinə gətirməyə çalışır. Yaxın qohum olmadıqda isə, uzaq da olsa, oğlunu "özününkülərdən" biri ilə evləndirir. Lakin ailələr təkrak-təkrar qan bağı olan evliliklərdən dünyaya gələcək uşaqların qüsurlu ola bilmə ehtimalını qulaqardı edir.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Dünyanın bəzi ölkələrində genofondun təmizliyini təmin etmək məqsədilə qohum evliliyi təmamilə qadağan edilib. Almaniya, ABŞ-ın 24 ştatında əmiqızı-əmioğlu evliliyi təmamilə yolverilməzdir. ABŞ-ın bəzi ştatlarında qohum evliliyi 56%- təşkil edir. Bu göstərici Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə 0,56%-dir.

Qohum evlilikləri ilə bağlı danışan ginekoloq Zalxa Osmanova bildirib ki, dünyaya sağlam uşaq gətirmək üçün mayalanmada iştirak edən, genetik informasiyanı daşıyan hüceyrələr sağlam olmalıdır:

"Çünki mayalanmanı 50 faiz kişi hüceyrəsi, 50 faiz isə qadın xromosomları təşkil edir. Qohum nikahlarında daha çox genetik xəstəliklərin, eybəcərliklərin, inkişaf etməyən hamiləliklərin, qüsurlu uşaqların doğulması məhz bununla bağlıdır. Yəni bizim genetik informasiyanı daşıyan hüceyrələrdə hansı xəstəliklərin olub-olmaması ilə əlaqəlidir. Qohum olduğu zaman artıq bizim ulu babamızın genində olan informasiya bölünüb bütün uşaqlara paylanılır. Yəni bir baba, yaxud nənənin xromosomlarında olan məlumat bütün övladların hüceyrələrinə bölünür, hətta bir-iki nəsil sonra belə əgər qohumluq əlaqəsi varsa, bu xəstəliyi daşıyan hər iki fərddə artıq xəstə övladın olma faizi yüksəlir".

Mütəxəssis əlavə edib ki, gendə olan hansısa bir xəstəlik doğulacaq bütün uşaqlarda rast gəlinə bilər. Nəvədə isə bu genlər daha da çoxalır.

"Bu qohumluqdan iki nəfər evlənərsə, sözsüz ki, bunların xəstə övladının olma faizi daha yüksək olacaq. Amma nəsildən hər hansısa xəstəliyi daşıyan fərd, başqa nəsildən biri ilə evləndiyi zaman orda bu xəstəliyin təkrarlanma faizi olmur, yaxud çox aşağı olur", - deyə Z. Osmanova vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3296   Tarix: 07 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608