"Təxirəsalınmaz çağırışın icra müddəti bir saatdır" – 103 xidməti barədə bilmədiklərimiz

"Təxirəsalınmaz çağırışın icra müddəti bir saatdır" – 103 xidməti barədə bilmədiklərimiz"Bəzi hallarda çağırış verən şəxs şikayət edir ki, təcili yardım maşını gec gəldi".

BiG.AZ xəbər verir ki, bu sözləri Yenicag.az-a Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və Hospital İşləri üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib. O, açıqlamasında təcili tibbi yardım maşınlarının gecikməsindən danışıb. Bildirib ki, çağırışçılar təcili və təxirəsalınmaz yardımı ayırd edə bilmədiklərinə görə, stansiya həkimləri ilə müəyyən problemlər yaşayırlar:

"Adımızdan bəllidir ki, biz Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıyıq. İki cür çağırış var: təcili və təxirəsalınmaz. Bəzən çağırış verən şəxsdən şikayətlər daxil olur ki, təcili yardım yarım saatdan sonra gəldi. Lakin çağırışı araşdırdıqda məlum olur ki, bu, təcili yox təxirəsalınmaz çağırışdır. Təxirəsalınmaz çağırışı icra etmək üçün də həkimin bir saata qədər vaxtı var. Çünki ilk növbədə təcili yardım çağırışı icra olunur.

Məsələn, təsəvvür edək ki, stansiyaya ürək ağrısı və qızdırma ilə bağlı iki çağırış daxil olur. İlk olaraq hansı icra edilməlidir? Təbii ki, birinci vəziyyət daha kritik və ciddi olduğuna görə, həkimlər o çağırışa gedəcək. Aydın məsələdir ki, həmin çağırış 20-30 dəqiqə çəkə bilir. Məhz buna görə də digər çağırışı verən şəxs şikayətlənir ki, niyə gecikmə halları olur? Belə olduqda bacardığımız qədər məsələni qarşı tərəfə izah edirik".

M. Mirzəzadə həmçinin, çağırışların daha tez icra olunmasına görə, təcili yardım maşınları üçün xüsusi zolaqların salınmasının vacibliyini də vurğulayıb:

"Çox istərdim ki, bu məsələni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi diqqətdə saxlasın. Bu, bizim işimizi asanlaşdırar, çağırış yerlərinə vaxtında gedib çata bilərik. Ümid edirəm ki, bizdə də bu problem nə zamansa, öz həllini tapacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

30.04.2024 771
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

30.04.2024 248
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

30.04.2024 796
.

BDU-nun müəlliminə vəzifə verildi

Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsi yaradılıb. xəbər verir ki, idarəyə yeni rəhbər də təyin edilib. Belə ki, Vəfa İsgəndərova Regional İdarənin rəhbəri təyin edilib. Qeyd edək ki, Vəfa İsgəndərova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsind

30.04.2024 906
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 479
.

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki

30.04.2024 245
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

30.04.2024 646
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

30.04.2024 221
.

"Azərbaycanda qiymətli kağızlar bazarı zəif formalaşıb" - Emin Qəribli

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb.Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. İqtisadçı ekspert Emin Qəribli -a bildiri

30.04.2024 354