Yeni ilin ilk günündə neçə körpə doğulub?

Yeni ilin ilk günündə neçə körpə doğulub?

UNICEF 2018-ci ilin ilk günündə dünyaya gələn uşaqların sayını açıqlayıb.

BiG.AZ-ın “qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, təşkilatın yaydığı hesabatda 1 yanvar 2018-ci il tarixində 386 min körpənin dünyaya göz açdığı qeyd edilib.

Hesabatda vurğulanıb ki, həmin körpələrin 90 faizi az inkişaf etmiş ölkələrdə dünyaya gəlib. Doğuşların yarısından çoxu əsasən, 9 ölkədədir. Hindistanda 69010, Çində 20210, Demokratik Konqo Cümhuriyyətində 9400, Efiopiyada 9020 və Banqladeşdə 8370 körpə doğulub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1125 Tarix: 03.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol