İtkin düşən alpinistlər niyə tapılmır? - Könüllülərlə qərargah rəisi arasında gərginlik

İtkin düşən alpinistlər niyə tapılmır? - Könüllülərlə qərargah rəisi arasında gərginlikDekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən "Tufandağ" istiqamətində hərəkət edən "Gilavar" Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün, Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrazyılzadə Fəridə Cəbiyulla qızın xilas edilməsi üçün nə normal bir axtarış aparıldı, nə də axtarışın gedişi barədə istimaiyyətə ətraflı bir məlumat verildi.

Hadisəylə bağlı könüllüllərdən birinin yazdığı məktub isə sosial şəbəkədə trendə çevrilib. Qeyd edək ki, könüllünün məktubunu ilk olaraq bastainfo.com saytı dərc edib.

Könüllü yazır…

Itkin düşən üç dağçının axtarışlarında özbaşınalıq və məsuliyyətsizlik axtarışlara öz təsirini göstərir. Bu ölkədə işini vicdanla görə bilməyən adamlar həmişə var.

Bu yazımda həmın vıcdansız adamların insan həyatına necə bıganə olduğunu, həm də can yandıran ınsanların barəsində qərəzsız yazacam. Orada olan butun dovlət qurumlarının gördükləri yaxşı və pis işlərin hamısını…

Hadisə yerində ayın 30-na qədər yüzə yaxın könüllü iştırak edirdi. Gələn könüllülərin ardı-arası kəsilmirdi.
Yaşamaq üçün təhcizatları bitdikcə, geri qayıdanların yerini yeniləri alırdı. İndiyə qədər kiməsə qıraqdan birinə düşərgə və axtarış barədə söz deməyə çəkinirdik. Çünki qrxurduq ki, bizi də haqsızlığa etiraz edən o biri yoldaşlarımız kimi axtarış ərazisindən zorla uzaqlaşdırarlar.

Itkın düşən dağçıların axtarışı ilə bağlı könüllü dəstədə iştirak etdiyim 3 gün müddətində "Tufandağ"ın ətəyində, "Şah Yaylağı" da çadır qurub qalırdıq. Səhər tezdən saat 6-da yeməyimizi belə yemədən axtarış aparmaq üçün bir qrup təcrübəli dağçı zirvələrə yola düşürdük. Bir qrupda 4 km yolu piyada yeriyib, qar uçqunu olan əraziyə çatıb axtarışlara başlayırdıq.

Bunu biz könüllülər edirdik

FHN-nin xüsusi risqli xilasetmə qrupu isə hadisə yerinə günorta saat 12-də gəlib çıxırdı. Bu məsələdə onların başında duran Toğrul adlı rütbəsini və soyadını bilmədiyim rəislərinin bir günahı yoxdu. O, dəfələrlə tələb etmişdi ki, düşərgələr axtarışlar aparılan yerə yaxında salınsın. Qərargahda yaşamaq və istirahət üçün lazımi avadanlıqlar alınsın. Çünki komandasının işçiləri Xınalıq kəndində qalmaq məcburiyyətində idi. Ona görə də, günortaya gəlib çatırdılar. Toğrul müəllim çox sadə insan idi. Rəis olmağına baxmayaraq bizimlə birlikdə qarı qazıb axtarışlarda vicdanla iştirak edirdi. Ancaq komandasının təhcizatı və şəxsi heyyəti çox zəif idi. 16 nəfərdən ibarət işçi qüvvəsi vardı. Təhcizatı isə şup(uzun dəmir çubuqlar) və bir drondan ibarət idi. Gətirdikləri dron isə ərazidə effektli olmadı.

İndi isə Ekologiya Nazirliyinin fəaliyyətindən danışacam…

Nazirin birinci müavini Firdovsi müəllim də bizimlə birlikdə vicdanla işləyir, qarı qazırdı. Yaşlı adam olmasına baxmayaraq, əlindən gəldiyi qədər kömək etməyə çalışırdı. Biz könüllülərə heç bir problem yaratmırdı. Əksinə çatmayan nəsə olanda kömək edirdi. Firdovsi müəllimin müavini Sarvan adlı şəxs biz könüllülərə ilk günlərdə maneə törətməyə çalışsa da, axtarışların bizsiz getməyəcəyini görüb dilini sakit saxladı. Onu da deyim ki, ekologiya naziri Hüseynqulu Bağırov bütün maddi və mənəvi dəstəyini hiss etdirdi.

İndi isə gələk orada vicdansızlıq edib camaatın balasının ölüsündən və dirisindən də qazanc götürməyə çalışan daha yüksək rütbəlilərə…

Nə qədər ki axtarışlara FHN-nin Quba regional bölümünün rəisi polkovnik Şahin Mirzəyev rəhbərlik edir, heç bir nəticə gözləməyin. ilk növbədə qərargahda heç bir şərait yaratmamışdı. Hətta uzaq olmasına baxmayaraq çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar.

İşçilərin yedikləri axırıncı günə qədər sadəcə kolbasa-çörək idi. İradlardan sonra əsgərlərə quru əsgər payı paketləri verildi.

Buna görə etiraz bildirən bir neçə könüllü kampdan qovuldu.

Xınalıqdan "Şah Yaylağı" na(qərargahın olduğu yer)QAZ-66 markalı maşınlar Xınalıq camaatından könüllü axtarışlara qoşulanları və Bakıdan köməyə gələn könüllüləri aparıb gətirmək üçün ən azı 5 reys edir.

Bunun üçün də dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq Şahin Mirzəyev bacardığı qədər bu reyslərin sayını azaltmağa çalışır, hesabatda isə sayını çox göstərib pulunu mənimsəyir. Bu hələ Şahin Mirzəyevin yediyi pulların bizim bildiyimiz kiçik bir hissəsidir. Axtarışları da qəsdlə uzadır ki, bu yeyinti hallarını davam etdirə bilsin.

Axtarış üçün gətirilən itləri də, cəmi bircə dəfə axtarışa cəlb etdi. Daha sonra itlərə soyuq olar bəhanəsini gətirib itlərdən istifadə etməyə imkan vermədi.

Halbuki, dağçıların tapılması üçün iki ən vacib şərt var idisə, biri o itlər idi. Digəri isə mina axtaranlar idi ki, ilk günlərdən tələb olunmasına baxmayaraq, yalnız 30-u günorta saatlarından sonra gəlib çıxmışdılar. Bunun da səbəbkarı polkovnikmiş. ANAMA-nın işçiləri bizə dedilər ki, biz çoxdan hazır vəziyyətə gətirilmişdik. Axtarışa rəhbərlik edən rəisin göstərişini gözləyirdik.

Şahin Mirzəyev könüllülərin və Xınalıq camaatının axtarışı ürəklə etdiyini görüb maneçilik törətmək istəyirdi. Bunun da iki səbəbi var idi. Birincisi o istəyirdi ki, FHN-dən qeyrisi dağçıları tapmasın. Çünki bu onun fəaliyyətinə minus idi. Digər yandan isə axtarışları uzatmaq istəyirdi ki, daha çox pul mənimsəyə bilsin.

Özümün şahidi olduğum bir məsələni yazım. Ayın 30-da bir nəfər adını bilmədiyim könüllü ona etiraz etdiyinə görə Şahin onun üstünə hücum çəkdi, vurmaqla hədələdi. Axtarış üçün yardıma gələn könüllüylə prinsipə girdi. Daha sonra polkovnik həmin könüllünün də içində olduğu bir qrup könüllünün təxliyyəsi üçün helikopter çağırmışdı. Sonra isə NİVA-la helikopterin düşdüyü meydançaya adam göndərib, helikopteri boş geri qaytarmışdı. Ayın 31-i isə Xınalıq kəndindən olan könüllü dəstə ilə prinsipə düşmüş onlara müxtəlif maneələr göstərməyə çalışmışdı.

Bu bir neçə gündə Şahin Mirzəyevin etdiyi özbaşınalıqlar, qanunsuzluqlar, axtarışa göstərdiyi maneələr sayılmaqla bitməz. Bütün bunlara baxmayaraq könüllülər son anadək ürəklə və ümidlə axtarışlar apardılar. Fürsətdən istifadə edib bir könüllü olaraq Bakıdan gedən könüllülər adından Xınalıq sakinlərinin axtarışda göstərdikləri şücaətə və etdikləri köməklərə görə təşəkkürümü bildirirəm.

Bütün bu baş verənlərə rəğmən xoş xəbərlər eşitmək ümidi ilə…

BiG.AZ-ın məlumatına görə, qərargah rəisi Şahin Mirzəyev bu ittihamlara cavab verib. O APA-ya açıqlmasında deyib: "Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış - xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könlüllülər lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1153   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 156
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

17:26 83
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 222
.

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin

10:11 336
.

Yeni il hədiyyələri alarkən diqqətli olun!

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları

16:51 96
.

Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl

10:42 280
.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

14:34 149
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

17:20 101
.

TOP MP3