"Günlər keçdikcə dizlərim bükülür" - Baburun anası prezidentə müraciət etdi

"Günlər keçdikcə dizlərim bükülür" - Baburun anası prezidentə müraciət etdiDekabrın 23-də itkin düşən "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun ailəsi prezident İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müraciət ünvanlayıb.

BiG.AZ-ın Qafqazinfo"-ya istinadən xəbərinə görə, müraciətdə alpinistin anası Gülxanım Hüseynova prezidentdən kömək istəyib.

Müraciətdə deyilir:

"Cənab prezident və hörmətli Mehriban xanım!

Bildiyiniz kimi, içində mənim balamın da olduğu alpinist qrupu itkin düşüb. Baburla dekabrın 23-ü saat 11:30-da telefonla əlaqə saxlamışıq, Xınalıqda olduğunu dedi. Dekabrın 24-ü saat 16:26-da WhatsApp-la əlaqə saxlayaraq hər şeyin yaxşı olduğunu yazdı. Evdə demişdi ki, 25-i qayıdacaq. Qayıtmadığı üçün dekabrın 26-sı səhər saatlarında Xətai rayon 37-ci polis bölməsinə yazılı müraciət etdik.

Məsələni diqqətinizdə saxladığınız üçün əminəm ki, axtarışların başlama tarixi, saatı barədə məlumatlısınız. Bilirəm ki, axtarışlar müxtəlif qurumlar tərəfindən aparılır, əllərindən gələni edirlər. Hamısına çox təşəkkür edirəm. Amma ana ürəyi dözmür. Hər keçən dəqiqə vaxtın əleyhimizə işlədiyini düşünüb hansı dəhşətli hisslər yaşadığımı sözlə ifadə edə bilmirəm. Valideyn olaraq məni yaxşı anladığınızı bilirəm.

Cənab prezidentim, hörmətli vitse-prezidentim, sizdən məsələnin birbaşa nəzarətinizə almağı, axtarışların bir az da gücləndirilməsini sonsuz dərəcədə rica edirəm.

Ailəmiz pərişandır. Hər an xəbər gözləyirik. Günlər keçdikcə dizlərim bükülür.

Oraya səfərbər olunan dəstələrin əllərindən gələni etdiyini bilirəm. Bütün dövlət qurumlarına, balalarımızı axtaran hər kəsə çox təşəkkürümü bildirirəm. Əminəm ki, ən qısa zamanda sizin xüsusi nəzarətinizin bəhrəsi olaraq lazım olan bütün tədbirlər görüləcək. Biz analar da ağlamaqdan gözümüzdə yaş qoymayan balalarımıza qovuşacağıq.

Allah hər ikinizə can sağlığı versin, övladlarınızı qorusun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2198   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

06.05.2024 486
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

06.05.2024 205
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 766
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 474
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 217
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

06.05.2024 222
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

06.05.2024 377
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 252
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 471