Vasif Talıbov ailəsi ilə birlikdə yeni il şənliyində iştirak edib - FOTO

Vasif Talıbov ailəsi ilə birlikdə yeni il şənliyində iştirak edib - FOTOÜmummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi ideyası bu gün milyonlarla soydaşımızı birləşdirən dövlətçilik, vətənçilik amalına çevrilib. Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri də milli birlik və həmrəyliyimizdir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və yüksək rifah isə xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır. Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər 2018-ci ildə də inkişafın davamlı olacağına, quruculuq işlərinin geniş vüsət alacağına əminlik yaradır.

BiG.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bayram şənliyi təşkil olunub, Vətənimizi, həmrəyliyi, yeni ili tərənnüm edən mahnılar səslənib, sakinlərə iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Dövlət başçısı deyib: "Qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir. Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır... Bir sözlə, 2017-ci il ölkəmiz üçün uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaqdır".

Sakinlər Ali Məclisin Sədrinə bayram təbriklərini çatdırıblar.

Yeni ilin ilk dəqiqələrində Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub.

Vasif Talıbov ailəsi ilə birlikdə yeni il şənliyində iştirak edib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3226   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlamasında prezident Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfərinin uyğun olmayan qrafiklər səbəbindən hər iki tərəf üçün əlverişl

27.04.2024 178
.

İran ələ keçirdiyi "MSC Aries" gəmisinin heyətinin taleyi barədə açıqlama verdi

İran Hörmüz boğazında saxlanılan "MSC Aries" gəmisinin ekipajını azad edəcək. İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında verilən məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian portuqaliyalı həmkarı Paulo Ranjel ilə telefon danışığı zamanı deyib

27.04.2024 160
.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 305
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 127
.

Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb. Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib. "İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinq

27.04.2024 532
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 129
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 158
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 173
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27.04.2024 503