"Mələk", "külək", "ürək" və "çörək" sözləri fərqli tələffüz ediləcək? - Dilçilik İnstitutunun CAVABI

"Mələk", "külək", "ürək" və "çörək" sözləri fərqli tələffüz ediləcək? - Dilçilik İnstitutunun CAVABIAzərbaycanın yeni orfoqrafiya lüğəti hazırlandıqdan sonra sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğətinin tərtib olunması da nəzərdə tutulur.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib.

Onun sözlərinə görə, orfoepiya lüğətinin hazırlanması üçün ilk olaraq prinsiplər müəyyənləşdirilməlidir.

İ.Məmmədli əlavə edib ki, yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı əsas mübahisəli məsələlərdən biri bəzi sözlərin düzgün tələffüz formasının iki variantlı olmasıdır: "Bəzi sözlərin iki variantlı tələffüz olunması mübahisə doğurur. Yəni sözün sonunda gələn "k" səsi " x’ ", yoxsa "y" kimi deyilməlidir? Məsələn, "gözəllik" sözü "gözəllix’ " kimi tələffüz edildikdə oradakı "x’" səsi deyil, "y"-ya yaxın olandır. Bəzi şivələrdə həmin səs "y", bəzi şivələrdə isə "x’ " kimi səslənir. "Mələk", "külək", "ürək", "çörək" sözlərindəki sonuncu "k" səsi Bakıda, eləcə də şimal zonasında "y" kimi, amma Qarabağ zonasında "mələx’", "ürəx’", "çörəx’" və s. kimi tələffüz edilir. Yeni lüğətin ləngimə səbəbi də elə bu iki variantlıqdır. Ona görə də bu məsələ mübahisəlidir. Bir qrup deyir ki, bu variant, başqa bir qrup deyir ki, digər variant düzgündür. Mütəxəssislər bunu razılaşdırmalıdırlar. Akademik Məmmədağa Şirəliyev "kömək", "ürək", "fələk" və s. kimi sözlərdə sonda "y" olmasını irəli sürüb. Amma akademik Əbdüləzəl Dəmirçizadə isə "x’ -yə üstünlük verirdi".

İ.Məmmədli qeyd edib ki, sonuncu "Orfoepiya sözlüyü" 1983-cü ildə ümumxalq Azərbaycan dilinə əsaslanaraq hazırlanıb: "Həmin lüğətdə belə iki variantlı sözlərin hər iki tələffüz forması düzgün forma kimi göstərilib. İndi çap edilən məktəbli lüğətlərində də bu sözlər iki variantlı göstərilməli idi. Lakin hazırda məktəblərdə istifadə edilən belə lüğətlər kommersiya məqsədilə hazırlanıb və burada iki variantlılıq prinsipi gözlənilməyib".

Professor əlavə edib ki, düzgün tələffüz forması iki variantlı göstərilən sözlərdən hansı variantın seçilməsi zamanı Azərbaycan xalqının daha çox hansı varianta üstünlük verdiyi, ziyalıların nitqində necə işlənildiyi müəyyənləşdirilməlidir.

Onun sözlərinə görə, yeni orfoepiya lüğəti hazırlanarkən bu fərqliliklər mütləq nəzərə alınacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1953   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 465
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 423
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 287
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 960
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 169
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 411
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

14:51 58
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 329
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 209