Maşında arvadına baxan sürücünü öldürüb: "Dəqiqləşdirdim ki…" – TƏFƏRRÜAT

Maşında arvadına baxan sürücünü öldürüb: "Dəqiqləşdirdim ki…" – TƏFƏRRÜATBakıdakı müəmmalı qətlin bəzi təfərrüatları məlum olub. Qətl hadisəsinin şahidi yoxdur. Qətlə səbəb olan mübahisənin isə bir şahidi var. Həmin şahiddə qətli törədən şəxsin xanımıdır. Söhbət maşında arxa oturacaqda oturan xanımına baxan sürücünü öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Əbdülməmmədov Cavid Hacıməmməd oğlunun cinayət işindən gedir.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, qəsdən adam öldürməkdə ittiham edilən Cavid Əbdülməmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və o, 17 il müddətinə azadlıqdan məhrum edilib. C.Əbdülməmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. Qətlin təfərrüatları barədə qeyd edək ki, səbəb qısqanclıqdır. Belə ki, Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağammədovun idarə etdiyi maşına minib.

İttihamda yazılır ki, Cavid Əbdülməmmədov Vasifin onun arxada əyləşən xanımı Kəmalə Məmmədovaya baxdığını görüb və iradını bildirib. V.Ağammədovun bu iradı ciddiyə almadığını gördükdə isə onu öldürmək qərarına gəlib. Bu məqsədlə də hadisədən bir gün sonra, saat 11 radələrində Vasifin yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedib. Onu həyətə çağıraraq axşam etdiyi hərəkətin düzgün olmadığını deyib və özü ilə gətirdiyi bıçağı sellofan torbadan çıxarıb. Söhbətin davamında Vasifin döş qəfəsinə bir zərbə vuraraq oradan uzaqlaşıb. C.Əbdülməmmədov qətli törədib və könüllü olaraq polisə təslim olub.

Təqsirləndirilən şəxsin və onun xanımının ifadəsini əldə edilib. İş üzrə C.Əbdülməmmədov şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilib.

O, ifadələrində deyib ki, bacanağı Samirin oğlunun kiçik toyunda iştirak etmək üçün yoldaşı ilə Sabirabad rayonuna gediblər. Həmin gecəni də bacanağıgildə qalıblar.

C.Əbdülməmmədov söyləyib ki, toyda bacanağının oğlunun kirvəsi kimi tanıdığı Nadir adlı şəxs də olub. Onlar Bakıya qayıtmaq istəyərkən Nadir dostu Vasifin də Bakıya qayıtdığını və onun maşınında yer olduğunu deyib.

"Nadir dedi ki, Vasifin maşını boşdur. Onunla gedə bilərik. Mən də buna etiraz etmədim" – deyə C.Əbdülməmmədov ifadəsində göstərib.

Cavid xanımı ilə birlikdə Vasifin idarə etdiyi "Hundai Accent" markalı avtomobillə gecə saatlarında Bakı istiqamətində yola çıxıblar. Bu səfər Vasifin sonuncu uzun yolu olub. Bu səfər Cavid üçün isə uzun illər dəmir barmaqlıqlar arxasına aparacaq yolun başlanğıcı olub.

Cavidin dediyinə görə, yolda olarkən arvadı aradabir yuxulayıb. Vasif ona da yatmağı məsləhət görüb, amma ona yatmayacağını deyib və yollarına davam ediblər.

Təqsirləndirilən C.Əbdülməmmədovun dediyinə görə, yolboyu Vasifin maşının güzgüsündən arxa oturacaqda oturan xanımına baxdığını bir neçə dəfə görüb. Buna görə də Vasifə iradını bildirib və arxaya baxmasının səbəbini soruşub.

"Mənə dedi ki, "elə-belə baxıram". Sonra onun yenə arxaya baxdığını və gülümsədiyini gördüm. Və artıq dəqiqləşdirdim ki, o, yoldaşıma baxır. Vasif bir neçə dəfə öz nömrəsini telefonunun ekranına yazaraq arxa oturacağa tərəf uzadırdı. Yalandan öskürərək nömrəni yoldaşıma göstərməyə çalışırdı. Mən içkili idim. Ona bir neçə dəfə xəbərdarlıq elədim" – deyə təqsirləndirilən şəxs bildirib.

Cavid Vasifi vurarkən və mübahisə edərkən onları heç kim görməyib. Vasif bıçaq xəsarəti aldıqdan sonra qışqırıb və evdəkilər köməyə gəlib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Qətlin törədilməsinə səbəb olan mübahisənin yeganə şahidi isə Cavidin həyat yoldaşı Kamalə Məmmədovadır. O da istintaq zamanı dindirilib və eyni məzmunlu ifadə verib.

O, deyib ki, maşında gələrkən Cavid sürücünün yanında əyləşib. O isə arxa oturacaqda əyləşib.

"Sürücü Cavidə yatmağı təklif etdi. Mən də yorğun olduğumdan yolboyu hərdən yuxulayırdım. Amma maşında yata bilmirdim. Bir qədər sonra sürücünün mənə baxdığını hiss etdim. Arxaya boylanırdı, güzgüdən tez-tez mənə baxırdı. Yolda 3-4 dəfə telefona nömrəsini yazıb, mən tərəfə uzadırdı. Baxmağım üçün də yalandan öskürürdü. Amma mən ona fikir vermirdim, nömrəni də görmədim. Cavid çox qısqancdır. Amma həmçinin çox sakit insandır. Vasif də Cavidin bu sakitliyindən istifadə edirdi" – deyə şahid ifadəsində qeyd edib.

Məhkəmə proseslərində mərhumun ailə üzvləri də iştirak ediblər. Onlar iddia edirlər ki, qətl hadisəsi Vasifin Cavidin xanımına baxması səbəbindən yox, dini zəmində baş verib. Ancaq nə cinayət işi materiallarında, nə də məhkəmə istintaqı dövründə bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2323   Tarix: 24 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 753
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 1162
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 21
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 379
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 937
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 369
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 301
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 348
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 352