"Dostluq" kafesində dostların qadınla hesabı... – Təfərrüat

"Dostluq" kafesində dostların qadınla hesabı... – TəfərrüatXaçmaz rayonunda kafelərdən birində içki məclisindən sonra hesab üstündə dava olub.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, rayonunun Çarxı kəndində yerləşən "Dostluq" kafesində Murad Hüseynov dostları ilə yeyib-içib.

Sərxoş olan Murad Hüseynov söyüş söyərək, kafedə dava salıb. Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək istəyiblər. Murad Hüseynov sakitləşməyib, sərxoş vəziyyətdə polislərə də müqavimət göstərib.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqa ifadəsində Murad Hüseynov bildirib ki, Şabran rayonunda yaşayır: "Tanışlarım Sahib Məmmədquliyev, Vahid Paşayev və Coşqun Heybətovla birlikdə Xaçmaz rayonunun Çarxı kəndində yerləşən "Dostluq" kafesində oturub yeyib-içdikdən sonra bizə hesabı gətirdilər. Sahib Məmmədquliyev sərxoş olduğundan, artıq hesabı verdiyini bildirdi. Bu zəmində bizimlə kafe sahibəsi olan qadın arasında mübahisə yarandı.

Hesabın ödənilməsi üçün 50 manat məbləğində pulu kafe sahibəsinə təqdim etmək istədim. Kafe sahibəsi pulu götürmədi. O, bizi nalayiq söyüşlə söydü. Mən də ona nalayiq söyüşlərlə cavab qaytardım".

Murad Hüseynov qeyd edib ki, bundan sonra kafe sahibəsi polis şöbəsinə zəng edib və oraya polis əməkdaşları gəlib: "Polis əməkdaşları bizi nizam intizama dəvət etsələr də, polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmadıq. Sonra polis əməkdaşları bizi polis şöbəsinə gətirdilər. Sərxoş olduğumdan polis şöbəsində də öz hərəkətlərimi davam etdirdim. Onların ünvanına ucadan nalayiq söyüşlər söydüm".

İstintaq araşdırması zamanı Murad Hüseynovun əməli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə tövsüf edilib. Xaçmaz rayon Məhkəməsinin qərarı ilə Murad Hüseynov 10 gün müddətində inzibati həbslə cəzalandırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1311   Tarix: 23 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

12:00 78
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 0
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 223
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 0
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

11:50 99
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 129
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

16:40 0
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

14:30 0
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 253