Xoşbəxt Yusifzadə: "2019-cu ildə TAP layihəsi hazır olacaq"

Xoşbəxt Yusifzadə: "2019-cu ildə TAP layihəsi hazır olacaq""Cənub Qaz Dəhlizi layihəsinin işə salınması üçün 44-45 milyard dollar lazımdır. Bu vəsaitin 25 milyard dolları artıq xərclənib".

BiG.AZ xəbər verir ki. bunu Bakıda Yeni Azərbaycan Partiyası tərəfindən təkil olunan "Şərqlə Qərbin qovşağında-Yeni enerji və kommunikasiya imkanları" adlı konfransda SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, bu layihə üzrə işlərin böyük hissəsi artıq görülüb. "2018-ci ildə TANAP, 2019-cu ildə isə TAP layihəsi hazır olacaq. Azərbaycan bu borular vasitəsi ilə Avropanı qazla təmin edəcək. Hərdən belə fikirlər səsləndirilir ki, bizdə o qədər həcmdə qaz olacaqmı? Biz bu boru xəttini doldura biləcəyikmi? Hər çıxışında prezident İlham Əliyev də təsdiq edir ki, Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları həcmi 2,6 trilyon kubmetrdir. Təsdiq olunmamış qaz ehtiyatları və perspektivlərlə birlikdə 6 trilyon kubmetr qaz var. Odur ki, bizim bu kəmərləri doldurmağa qazımız olacaq. İran və Rusiyanın da gələcəkdə bu boru kəmərlərinə qoşulmaqla bağlı söhbətlər var. Bu ölkələr də bu layihələrə qoşulmasalar belə, bizim öz qazımız bu kəmərləri doldurmağa çatacaq.

Bizim böyük "Şahdəniz" qaz yatağımız var. Bu yataqa 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon kondensat mövcuddur. Belə bir yataq dünyada açıq dənizdə demək olar ki, yoxdur. Odur ki, bizim "Şahdəniz" yatağımız kifayətdir ki, bu boruları qazla təmin eləsin. Bundan başqa, Azərbaycan öz gücü ilə Abşeronda qaz yataqları kəşf edib. Bu yataqlarda da qazın həcmi az deyil. "Ümid" yatağında 200 milyon kubmetr qaz, 40 milyon ton kondensat var. "Abşeron" yatağında 350 milyard qaz var, 70 milyard kubmetr qaz var. Bizim öz ehtiyatlarımızı da bu rəqəmlərin üzərinə gələndə bizim 100 ilə çatacaq qazımız var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 519   Tarix: 23 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831