Qarabağ münaqişəsi 2017-ci ildə – RƏY

Qarabağ münaqişəsi 2017-ci ildə – RƏYDağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfindən uğurlu siyasi addımlar atılıb.

Bu barədə Oxu.Az-ın "2017-ci il Dağlıq Qarabağ məsələsinin həllinin yekunları" ilə bağlı sorğusunu şərh edərkən Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov bildirib.

"Bildiyimiz kimi, 2017-ci ilə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Kazan prinsipi, Madrid prinsipi, BMT-nin 4 qətnaməsi və s. ibarət bir neçə paket olub. Bu prinsiplər kontekstində 2017-ci ildə bir aktivləşmə başladı ki, bu da dövlət başçısının həyata keçirdiyi düzgün siyasətin bəhrəsi idi. Bu baxımdan, cari ili Qarabağla bağlı dövlət siyasətimiz üçün uğurlu hesab etmək olar.

Etiraf etmək lazımdır ki, Ali baş komandan, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən 2016-cı il aprel döyüşlərinin nəticələri olaraq, Azərbaycan həm xarici siyasətində, həm danışıqlar masası arxasında bir avantaj əldə edib. Faktiki olaraq, cənab prezidentin timsalında Azərbaycan xalqının iradəsi göstərilib. Azərbaycan tərəfi Qarabağ məsələsinin istənilən formada həllinə hazır olduğunu nümayiş etdirib", - deyə politoloq vurğulayıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məhz ABŞ-ın aktivliyinin daha güclü müşahidə olunduğunu qeyd edib.

"2017-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ xüsusi aktivlik göstərib. Qeyd edim ki, ABŞ-ın mövqeyinin Rusiyanın mövqeyini üstələməsi üçün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Qarabağ məsələsinin həlli istiqamətində kifayət qədər aktivlik göstərib. Hoqland vəzifəsini tərk edərkən, özündən əvvəlki həmsədrin - Ceyms Uorlikin hazırladığı prinsiplərə bir az "əl gəzdirmək" lazım olduğunu açıqlayıb. Hoqlandın açıqladığı variantın ermənipərəst olmasına baxmayaraq, Ermənistan tərəfi onu qəbul etmədi.

Xatırladaq ki, 2009-cu ildə həmsədr ölkələrinin prezidentləri Nikolya Sarkozi, Dmitri Medvedyev və Barak Obama tərəfindən imzalanmış yenilənmiş Madrid prinsipində birinci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması idi. Lakin 2014-cü ildə Ceyms Uorlik statusun müəyyən olunması maddəsini ərazinin qaytarılması məsələsindən qabağa çıxardı. Hoqland da bu variantı açıqladı, lakin ritorikanı elə etdi ki, yeni variant Azərbaycanın xeyrinə oldu.

Hoqlanddan sonra ABŞ Endrü Şeferi yeni həmsədr təyin etdi. Yeni həmsədr də öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi aktivlik göstərməklə, ABŞ-ın mövqeyini ön plana çəkdi. Beləliklə də, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya ilə ABŞ arasında rəqabət başladı.

ABŞ-ın göstərdiyi bu aktivlik ilin sonlarında özünü göstərdi. Avropa İttifaqının Brüssel sammitində noyabrın 24-də "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin hamısının ərazi bütövlüyü, dövlət suverenliyi, sərhədlərinin toxunulmazlığına dəstək bəyannaməsi imzalandı. Azərbaycan da "Şərq Tərəfdaşlığı proqramına üzvdür. Bu, o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər qiymətlidir.

Bu sammitdən cəmi 2 həftə sonra Avstriyanın Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının iclası baş tutdu. ATƏT həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ayrıca sənəd qəbul etdilər. Sənədə əsasən, prezidentlərin Cenevrə görüşü dialoqların bərpa edilməsi deməkdir. Bu da Azərbaycan prezidentinin birbaşa mövqeyinin ATƏT-in Minsk qrupunun nümayəndə heyəti başçılarının Vyana görüşündə imzaladığı sənədə salınması deməkdir", - deyə M.Əhmədoğlu bildirib.

Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sözlərinə görə, cari ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş qeydə alınmayıb.

"2016-cı il aprel döyüşlərindən sonra böyük dövlətlərin, nəhayət ki, Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar prosesində müsbət nəticələrə nail olacağı ilə bağlı gözlənti vardı.

Lakin bu ümidlər özünü doğrultmadı. Nə bu il, nə də ötən il bu istiqamətdə baş tutan görüşlər nəticə verdi. Beləcə, 2018-ci ilə daxil oluruq. Cəbhə bölgəsində gərginlik davam edir.

Düşünmürəm ki, gələn il də xüsusi bir dəyişiklik olsun. Belə ki, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq etmək istəmirlər", - deyə politoloq bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 23 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3