Şəhid ailələrinə yeni mənzillər verildi – FOTOLAR

Şəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 81 ədəd yeni mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib.

Bu barədə BiG.AZ-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ƏƏSMN tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır. Nazirlik bu sahədə növbəti tədbir kimi, Bakıda yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verib. Həmin ailələrdən 4-ü Azərbaycanın Milli Qəhrəmanlarının ailələridir.

Yeni mənzillərlə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sevinclərini ifadə edərək bu gün onların həyatında əlamətdar, unudulmaz bir gün olduğunu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara dövlət tərəfindən yeni mənzillərin hədiyyə edilməsindən sonsuz fərəh və qürur hissi keçirdiklərini bildiriblər. Onlar həyatlarına rahatlıq gətirən bu mənzillərin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və bu döyüşlər zamanı şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə yüksək Prezident qayğısının daha bir əyani təzahürü olduğunu vurğulayıblar. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri bütün sahələrdə dövlətin qayğısını, dəstəyini hiss etdiklərini diqqətə çatdırıb, bu məqsədlə aparılan işlərə, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə aparılan sosial siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, bu siyasətin hər bir vətəndaşın rifah halının təminatına, o cümlədən sosial cəhətdən həssas əhali qruplarından olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, habelə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlət başçısının sosial inkişaf kursunun əsas istiqamətlərindəndir.

Bu istiqamətdə ƏƏSMN tərəfindən yeni fərdi yaşayış evləri inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınıb təmir etdirilməklə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Təkcə bu ay nazirlik həmin təbəqələrə aid 100 nəfərdən çox şəxsi mənzillə təmin edib. Ümumilikdə, aparılan işlərin davamı olaraq, nazirlik tərəfindən 2014-2017-ci illərdə 1350 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə mənzil təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb.

Tədbirdə ayrı-ayrı ictimai birliklərin rəhbərləri ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsindən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması, yeni mənzillərlə təminatı istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar bu sahədə həyata keçirilən tədbirlərin, ölkəmizin müdafiəsi naminə döyüşlərdə şəhid olmuş Vətən övladlarının ailələrinin, bu döyüşlərdə əlil olmuş insanların diqqət və qayğı ilə əhatə olunmasının, o cümlədən yeni mənzillərlə təmin edilmələrinin cəmiyyət tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıblar.

Sonra mənzillərdə yaradılmış şəraitə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Şəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARŞəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARŞəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARŞəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARŞəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARŞəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARŞəhid ailələrinə yeni mənzillər verildi – FOTOLARŞəhid ailələrinə yeni mənzillər verildi – FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1730   Tarix: 22 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 635
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 239
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 428
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 473
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 754
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 123
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 313