İcra başçısının oğlu məhkəmədə ifadə verdi: "7 milyondan çox pul vermişəm"

İcra başçısının oğlu məhkəmədə ifadə verdi: "7 milyondan çox pul vermişəm"Arif Əsgərovun qohumunun məhkəməsində Tovuzun icra başçısının oğlu zərərçəkmiş şəxs qismində ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ xeber.news-a istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qoşqar Zeynalov ifadə verib.

O bildirib ki, R. Hüseynovla qohumluq əlaqələri olub. Zərərçəkmiş deyib ki, R. Hüseynov bir gün ona iş qurmaq haqda təklif verib: "Mənə dedi ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul lazımdır. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Mən də dedim ki, hazırda məndə pul yoxdur, ancaq mən dostumdan alıb verərəm. Bu yolla ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm".

Zərərçəkmiş qeyd edib ki, ona vurulan ziyan hazırda 3 milyon 925 min manat təşkil edir.

R. Hüseynov deyib ki, Q. Zeynalova gələn gəlirədən 3 milyon 200 min manat pul verib.

Q. Zeynalov isə qeyd edib ki, bu miqdarın yalnız 1 milyon 200 min manat təşkil etdiyini deyib.

Sonra Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Rəna Məmmədova vəsatət verərək, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz olunması haqqında vəsatət verib.

Məhkəmə vəsatətə növbəti prosesdə baxılacağını deyib.

Proses dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Q. Zeynalov Tovuz Rayon İcra Başçısının oğlu Tofiq Zeynalovun oğludur.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri, nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 22 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

30.04.2024 720
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 1700
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

30.04.2024 162
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 303
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30.04.2024 223
.

May ayından Ankarada çörək bahalaşacaq

May ayından Türkiyənin paytaxtı Ankarada çörək bahalaşacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. 200 qram çörək 10 TL(0,52 AZN) satılacaq

30.04.2024 160
.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

30.04.2024 168
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

30.04.2024 132
.

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı il

30.04.2024 911