Sürücülük vəsiqəsini neçəyə almaq olar?

Sürücülük vəsiqəsini neçəyə almaq olar?Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.

İndi ən böyük problemdən biri sürücülük məktəbləridir. Çünki bu məktəblərdə sürücü hazırlığından söz gedə bilməz. Məktəblə gələcək sürücünün təması iki dəfə olur - bir məktəbə yazılanda, bir də şəhadətnaməni alanda.

Bundan başqa, cəmiyyətdə belə bir fikirlər var ki, sürücülük vəsiqəsini müəyyən məbləğ qarşılığında almaq da mümkündür. Hətta bu iddialara görə, bir müddət əvvəl sürücülük vəsiqəsini qeyri-qanuni yollarla 1000 manata almaq olurdusa, hazırda qiymət bahalaşaraq 1500 manatadək qalxıb.

Bəs görəsən, bu iddialar nə qədər doğrudur? Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, A1, A və B kateqoriyası üzrə hamı müstəqil qaydada hazırlaşıb imtahan verə bilər.

"Ancaq onlar ikinci dəfə qeyri-məqbul qiymət alarlarsa, o halda həmin sürücülük kurslarını müstəqil şəkildə bitirməlidirlər. Biz istərdik ki, sürücülüyə namizədlərlə dərslər lazımi qaydada keçirilsin. Onların ən azı bilikləri olsun, təkcə əzbərləməklə yox, başa düşmək, qavramaq yolundan istifadə etsinlər. Bu, onlara sürücülük hüququna yiyələndikdə daha çox yararlı olacaq".

Kamran Əliyev sürücülük vəsiqəsinin 1000-1500 manat qarşılığında alınması ilə bağlı da iddialara cavab verərək deyib ki, bunlar şayiədən başqa bir şey deyil: "Bəzən imtahanı verə bilməyənlər belə bir bəhanələr gətirərlər ki, sürücülük vəsiqəsi rüşvətlə alınır. Bunu sübut etmələrini istəyəndə səsləri kəsilir. Belə bir iddia varsa, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlasınlar, biz də bunun əsasında araşdırma aparaq. Sürücülük vəsiqəsinə hüquq qazanmaq üçün istər nəzəri, istərsə də praktiki imtahanlar insan iştirakı olmadan həyata keçirilir. Nəzəri imtahanda kompüter vasitəsilə 15 dəqiqə ərzində 10 sualdan 9-na cavab verənlər növbəti mərhələyə keçirlər. Praktiki imtahanda da balların toplanması xüsusi vasitələrlə həyata keçirilir. Avtomobilə elektron cihazlar quraşdırılır, sürücünün etdiyi qayda pozuntularına qiyməti cihaz verir".

İdarə rəsmisi bildirib ki, hazırda ölkədə sürücülərin bilikli və biliksiz olması deyil, məsuliyyətsiz olması problem yaradır: "Bu gün yollarda qəzalar baş verir, bütün bunlar sürücü məsuliyyətsizliyi nəticəsində ortaya çıxır. Qəzaların çoxu nəqliyyat vasitəsinin qarşı hərəkət zolağına çıxması, işıqforun tələblərinin pozulması, sürət həddinin aşılması və başqa səbəblərdən baş verir. Bunları bilmək üçün hansısa sürücülük təhsilinin olmasına ehtiyac yoxdur. 5-ci, 6-cı sinif şagirdlərindən soruşsan, həmin qaydaları əzbər deyər. Yəni sürücülər bilmirlərmi ki, işıqforun qırmızı işığında hərəkət etmək olmaz və ya sürət həddini keçmək qəzaya səbəb olar?! Hazırda ən böyük problem sürücülərin məsuliyyətsizliyidir".

Ekspert Ərşad Hüseynov sürücülük vəsiqəsinin müəyyən məbləğ qarşılığında alınması ilə bağlı iddiaları eşitsə də, belə halın şahidi olmadığını deyir: "Əgər kimsə sürücülük vəsiqəsinin müəyyən məbləğ qarşısında alındığını iddia edirsə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməlidir. Bu gün bizim qanunvericilikdə sürücü olmağın qaydaları var, sürücülük vəsiqəsi almaq istəyənlər bu qaydaları oxuyub imtahana daxil olurlar, əgər həm nəzəri, həm də praktiki imtahandan məqbul qiymət alırlarsa, problemsiz sürücülük hüququ qazanırlar".

Ə. Hüseynov deyib ki, hazırkı qanunvericiliyə görə, heç bir məktəbə yazılmadan da A, A1 və B kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq istəyənlər imtahana girə bilirlər: "Hazırda sürücülük hazırlığı ilə bağlı məsələdə müəyyən problem var. Yaxşı olar ki, xüsusi dövlət proqramında sürücülük hazırlığı ilə bağlı məsələlərə yenidən baxılsın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2353   Tarix: 20 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3