Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHI

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHISənət adamlarının nikahlarının uğursuz alınmağı bir növ adət halını alıb. Yəni, nəinki indi, hətta ötən əsrin ortalarında da aktyorlar, aktrisalar, müğənnilər ən azı iki dəfə ailə həyatı qururmuşlar. Təbii ki, bəzi istisnaları çıxmaq şərtilə. Dolayısıyla belə demək mümkündür ki, sənətkarın iki dəfə ailə qurması normaldır, hətta adiləşmiş haldır. Bəs üç, bəs beş dəfə?

BiG.AZ ölkə.az-a istinadən xəbər verirk ki, məhz üç dəfə və daha çox ailə həyatı qurmuş sənət adamlarıyla bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik.

Xalq artisti Flora Kərimova üç dəfə rəsmi nikahda olub. Bəzi hallarda bu nikahların sayının beş olduğu deyilsə də, sənətkar öz açıqlamalarında üç dəfə ailə qurduğunu və hər üç halda həyat yoldaşlarının vəfat etdiyini bildirib. Qeyd edək ki, Kərimovanın sonuncu nikahından Zümrüd adlı qızı var.

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHIƏfsanəvi aktrisa Barat Şəkinskayanın ilk evliliyi nə qədər qəribə səslənsə də, 16 yaşında olub. Teatr klubunun direktoru Mir İbrahim Həmzəyevə qoşulub qaçan Şəkinskayanın bu izdivacdan Solmaz adlı qızı dünyaya gəlir. Sənətkarın ikinci evliliyi isə məşhur rejissor Şəmsi Bədəlbəyliylə olur. Bu evlilik də ona Rövşanə adlı qız övladı bəxş edir. Ancaq bu münasibət də uzun sürmür. Deyilənlərə görə, Şəkinskayanın ən xoşbəxt evliliyi rejissor Mehdi Məmmədovla olur. Onların bu evlilikdən Elçin adlı övladları dünyaya gəlir. Maraq üçün qeyd edim ki, Elçin Məmmədov bir sıra filmlərdə maraqlı obrazlar yaradıb. Həmin obrazlardan ən yaddaqalanı isə heç şübhəsiz ki, "Dədə Qorqud" filmindəki Qaraca Çobandır.

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHIÖtənlərin məşhur rejissoru Mehdi Məmmədovun da üç ayrı nikahdan övladları var. Sənətkarın sonuncu nikahından dünyaya gələn öğlu Vüqar Məmmədov hazırda Akademik Milli Dram Teatrında rejissor köməkçisi işləyir. Onun digər iki həyat yoldaşı isə aktrisalardır. Belə ki, Məmmədov 1944-52-ci illər aralığında Barat Şəkinskaya ilə, 1972-83-cü illərdə isə Şəfiqə Məmmədovayla rəsmi nikahda olub.

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHI"Şeron" musiqi qrupunun rəhbəri Rüstəm Zeynallı da üç dəfə rəsmi nikahda olub. İfaçının ilk evliliyindən iki övladı var. Onun ikinci həyat yoldaşı isə məşhur qarmon ifaçısı, xalq artisti Aftandil israfilovun qızı Həcər İsrafılova olub. Qeyd edək ki, R.Zeynallı sonuncu dəfə 2015-ci ilin fevralında ailə həyatı qurub.

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHIMüğənni Bahar Lətifqızı da üç dəfə ailəli olub. Sənətçinin dediyinə görə, ilk dəfə 18 yaşında ailə qurub:

"İlk ailə həyatımı 18 yaşında qurmuşam. Birinci ailəmin dağılmasına səbəb çox oldu. Amma ikinci ailəmin dağılmasına səbəb övladım olmaması idi. 9 il bir insanla yaşadıq, amma uşağım olmadı. Daha sonrakı ailəmdən bir qızım oldu. Çalışıram pis şeylərdən uzaq durum, bu barədə danışmayım. Həyat yoldaşım ailə qurdu, xoşbəxt olsun. Hal-hazırda da həyatımda biri var. Niyə də olmasın? Həyatıma kimsə daxil ola bilər, sevə bilərəm. Nə qədər ki, dərinliyə getməmişəm, düşünürəm. Amma çox istəyərdim bir övladım da olsun. Belə şeylərə gülmək lazım deyil. Bu həyatın çərxi-fələyidir, bizlə belə rəftar edir. Mən də istəməzdim belə həyat qurum".

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHIMərhum xalq artisti Hacıbaba Bağırov isə bu mənada rekord sahibidir.

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş SƏNƏT ADAMLARI — SİYAHIBelə ki o, beş dəfə rəsmi nikahda olub. Bu nikahlardan üçündən sənətkarın övladları var. Hərbi xidmətdə ailə qurduğu rus qadından Aleksandr adlı oğlunun hazırda yaşı altmışı keçib.

Bağırovun ikinci həyat yoldaşı olan Leyla xanımdan isə Lalə adlı qızı dünyaya gəlib. Hazırda Lalə xanımın yaşı əlli beşi haqlayıb. Xalq artistinin üçüncü həyat yoldaşı Almaz adlı həkim xanım olub. Ancaq 15 illik rəsmi evlilikdən onların övladları dünyaya gəlməyib.

Sənətkarın 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru olub. Bu evlilikdə ən diqqətçəkən məqamlardan biri budur ki, aktyor Tamara xanımın övladlarını öz soyadına keçirir. Maraq üçün qeyd edək ki, Tamara Ocaqova Dövlət Musiqili Teatrının direktor müavini Elxan Ocaqovun əmisi qızıdır.

Hacıbaba Bağırovun sonuncu evliliyindən isə Şölə adlı bir qızı var. Qeyd edək ki, Arzu Bağırova Hacıbaba Bağırovdan 37 yaş kiçik olub.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2741   Tarix: 19 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

45 min tamaşaçı qarşısında oğulları ilə birgə oxudu - Video

Məşhur müğənni Şakira "Las Mujeres Ya No Lloran" adlı dünya turu çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresdə səhnəyə çıxıb. "Qafqazinfo" "Parade" nəşrinə istinadən xəbər verir ki, konsertin ən maraqlı anlarından biri onun "Acróstico" adlı mahnısını 45 mi

11.12.2025 565
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14.12.2025 769
.

"Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar

"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir

14.12.2025 958
.

Ruhəngiz Musəvinin bu sözlərinə İzzətdən etiraz

Müğənni İzzət Bağırov Əməkdar artist Ruhəngiz Musəvinin "İzzətin tanınmasında məni əməyim olub" sözlərinə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində bu sözləri yalan olduğunu bildirib. İzzət əlavə edib ki, ona dəstək olan Əməkdar artist Ruhəngiz Allahverdiyev

16.12.2025 467
.

Nadir xanımı və yeni doğulan nəvəsi ilə - Foto

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc və yeni doğulan nəvəsi ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi oğlu Loğmanın övladının şəklinə "Ailəmizin günəşi. Qafaq Qafarzadə, dünyamıza xoş gəlmisən" şərhini yazıb. Qeyd edək ki, Loğman Əntiqə adlı xanımla ailəlidir. Nadir

13.12.2025 539
.

Mənzurə Musayeva bu dünya ulduzunu tanımadı

ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı müğəni Mənzurə Musayevaya müğənni Şakiranın fotosu göstərilib. Sənətçi Şakiranı tanımadığını deyib. ifaçı "Xeyr, bu xanımı tanımıram. Mən bunu mütləq tanımalıyam?" deyərək fotoy

11.12.2025 628
.

Sevil-Sevinc "ana oldu" - FOTO

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi

14.12.2025 1016
.

Vəfa Afət və digər həmkarları haqqında: "Uşaqlarımın atası ilə söz-söhbətləri olub"

Vəfa Şərifova Afət Fərmanqızı ilə arasında olan gərginlikdən danışıb. "Yeni Sabah" xəbər verir ki, davası olduğu bütün qadın sənətçilərin onun uşaqlarının atası ilə bağlı olduğunu bildirib. "Aramızdakı məsələ təkcə mahnıya görə deyil. Ondan öncə də bir mövzumuz olub. Mənlə bağlı deyi

16.12.2025 626
.

Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI

Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun

13.12.2025 674
.

TOP MP3