Xalq artistindən illər sonra etiraf: "Siyavuş Aslan hamının yanında məni..."

Xalq artistindən illər sonra etiraf: "Siyavuş Aslan hamının yanında məni..."Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov seriallarda görünməməsinin səbəblərindən danışıb.

Yenicag.az-a açıqlama verən aktyor peşəkar rejissorların ekranlaşdırdığı seriallarda çəkilmək niyyətində olduğunu bildirib.

"Çox istərdim ki, "Vicdan haqqı", "Ögey ana", "Laləli saray" kimi seriallarda çəkilim. Çünki baxıram, çox xoşuma gəlir. Həm də peşəkarların çəkdikləri seriallarda oynamaq istəyirəm. Dəvətlər olur, amma məni qane etmir. Bu yaxınlarda bir gənc oğlan dedi ki, 40 seriyalıq bir film çəkmək istəyir və məni də baş rola dəvət etdi. Soruşdum ki, hansı ali məktəbi bitirmisən? Dedi ki, ali təhsilim yoxdur, XI sinfi bitirmişəm. Dedim, "ay bala, sən mənim oğlum yerindəsən, uşaq-muşağın çəkdiyi seriala necə razılıq verim?"

Aktyor deyir ki, onun üçün hansı obrazda çıxış etməsinin fərqi yoxdur:

"Mənim üçün janrın fərqi yoxdur. Lazım gələrsə komik obrazda da oynayaram. İllər əvvəl bir komediya tamaşasında çıxış etmişdim. Siyavuş Aslan aktyorları çağırıb, hamının yanında məni təriflədi, dedi ki, komediyanı oynamaq üçün Tariyeldən baxıb öyrənmək lazımdır. Komediya o demək deyil ki, qulağını qaşıdın, hamı gülməlidir. Komediya düşündürməlidir. Mənim üçün rolun mənfi- müsbəti yoxdur. "Sən niyə yaşayırsan?" tamaşasında mənfi obraz yaradırdım. O roluma görə məni çox qınadılar, tənqid etdilər. Hətta deyirdilər ki, bir də o rolu oynama. Əslində, bu da aktyorun uğurudur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2168   Tarix: 18 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120