Azərbaycanlı "cihadçı" qorxub Suriyadan qaçdı, dostunun arvadı ilə evləndi

Azərbaycanlı "cihadçı" qorxub Suriyadan qaçdı, dostunun arvadı ilə evləndiBakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı birləşmələrin tərkibində döyüşüb Azərbaycana qayıdan və yaxalanan daha bir cihadçının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu, Bakı şəhər sakini 31 yaşlı Zöhrab Vəzirovdur.

Zöhrab Vəzirovun döyüş yolu Suriyanın Artma şəhərindən tutmuş İdlib və Hələb xarabalıqlarına qədər uzanıb. Hətta böyük qardaşı Ağa Vəzirovun Suriyadakı döyüşlərdə həlak olması belə onu yolundan çəkindirməyib.

"Əbu Musa" və rəhbərlik etdiyi "Azəri cammatı"

İstintaqın müəyyən etdiyinə görə, Zöhrab Vəzirov "Əhraru-Şam" adlı cinayətkar birliyin tabeçiliyindəki, əslən azərbaycanlı, dini ləqəbi "Əbu Musa" olan Rüstəm Əsgərovun rəhbərlik etdiyi "Azəri camaatı" silahlı birləşmənin tərkibinə daxil olub. O, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayına kimi həmin silahlı birləşmənin tərkibində iştirak edib. Həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən, cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.

Bundan başqa, Z.Vəzirov Suriya silahlı qüvvələrinə qarşı İdlib şəhəri uğrunda gedən döyüşlərdə, postların mühafizəsində də iştirak edib. O, 2014-cü ilin martin 26-da İstanbul şəhərinə, bu il mayın 9-da isə Azərbaycana geri qayıdıb.

"Böyük qardaşımın Suriyada gedən döyüşlərdə həlak olduğunu eşitdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Zöhrab Vəzirov ifadəsində 2003-cü ildən ibadətə başladığını, 2010-cu ildə Mədinə şəhərinə gedərək orada 6 ay dini təhsil aldığını, daha sonra isə Misirin İsgəndəriyyə şəhərində 9 ay dini kurslarda iştirak etdiyini göstərib.

İsgəndəriyyədə dini təhsil aldığı dövrlərdə əslən türk olan Murad adlı şəxslə tanış olub. 2013-cü ildə Muradın dəvəti ilə İstanbula - tovhid və sünnət mədrəsəsində dini təlim almaq üçün gedib. Türkiyədə olarkən ailəsi ilə əlaqə saxlayan Z.Vəzirov böyük qardaşı Ağanın döyüşmək üçün Suriyaya getdiyini və orada həlak olduğunu öyrənib.

"Əbu Bəkr" məscidindəki partlayış, Əbu Ənəsin təsiri və cihada aparan yol

Bundan sonra təhsil aldığı mədrəsədə Əbu Ənəs adlı türk vətəndaşını təsiri altına düşdüyünü deyən Z.Vəzirov Suriyaya getməyi planlaşdırıb. O, "Əbu Bəkr" məscidində (qeyd: Z.Vəzirov 2008-ci ildə həm də "Əbu Bəkr" məscidində baş vermis partlayış nəticəsində yaralanan şəxslərdən biri olub) ibadət etdiyi zamandan tanıdığı Abdurraufla əlaqə saxlayıb və birlikdə Suriyanın Reyhanlı bölgəsinə gediblər. Artmaya gəldikdən sonra isə yolları ayrılıb. Z.Vəzirov Abdurraufa döyüşlərdə iştirak etmək üçün "Azəri camaatı" na qoşulmağı təklif etsə də, razılaşmayıb. O, Abdurraufdan ayrılaraq Hələbə gəlib və "Əhraru-Şam"ın bazasındakı, "Əbu Musa"nın rəhbərlik etdiyi "Azəri camaatı"na qoşulub.

Sonradan cihad etməkdən daşınan Z.Vəzirov qaçaq yolla Türkiyəyə qayıdıb: "Orda təxminən altı ay qaldım, 20 gün hərbi təlimlərdə iştirak etmişəm. Amma heç bir döyüşdə olmamışam. İki dəfə postda dayanmışam, lakin silahdan atəş açmamışam. Suriyada gedən döyüşlərdə heç kimi öldürməmişəm. Döyüşmək üçün mənə pul verməyiblər. Cihad etmək fikrindən daşınıb 2014-cü ilin martında İstanbula gəlmişəm. Raqqa şəhərində olmamışam".

Məhkəmə Z.Vəzirovun ifadəsini inandırıcı hesab etməyib. İş materiallarından aydın olub ki, Z.Vəzirov 2014-cü ilin yanvar-fevral aylarında "Əhraru-Şam" silahlı birləşməsinin döyüşçüləri ilə birgə Suriyanın rəsmi ordusuna qarşı döyüşərək İdlib şəhərinin işğalında iştirak edib. Həmin döyüşlərdə avtomat silahdan Suriya ordusuna atəş açıb.

Dostunun arvadı ilə evləndi

Türkiyəyə qayıtdıqdan sonra Z.Vəzirov onunla eyni əqidəyə malik olan azərbaycanlı qadınla ailə qurub. Həmin qadının həyat yoldaşı "Abu Ömər"i və onun ailəsini Misirdə dini təhsil aldığı dövrlərdən tanıyıb. Dörd uşağı və arvadı ilə birgə Qahirədə yaşayan "Abu Ömər" sonradan evini sataraq Türkiyəyə köçüb. 2014-cü ildə həyat yoldaşını İslam qanunları ilə yaşamaq üçün Suriyaya getməyə məcbur etsə də, qadın orada gedən döyüşləri düzgün hesab etmədiyinə görə razılaşmayıb. "Abu Ömər" isə onsuz da cihada gedəcəyini deyib. Belə olan təqdirdə ərinə boşanmağı təklif edib. Arvadı ilə boşandıqdan sonra Suriyaya gedən "Abu Ömər" 2015-ci ildə döyüşlərdə həlak olub.

Məhkəmənin hökmü ilə Zöhrab Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib.

mənbə: virtualaz.org


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1269   Tarix: 17 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3