Qeydiyyatla bağlı əhaliyə XƏBƏRDARLIQ: 10 gün ərzində...

Qeydiyyatla bağlı əhaliyə XƏBƏRDARLIQ: 10 gün ərzində...Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev vətəndaşları əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata düşməsini təmin etmək vəzifəsini yerinə yetirmə çağırıb.

APA-nın məlumatına görə, F. Nəbiyev "Xalq" qəzetində işıq üzü görən "Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində" məqaləsində yazıb ki, 2013-cü il avqust ayının 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir. Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə miqrasiya orqanlarına məlumat verməli və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Eyni zamanda, əcnəbi olduğu yeri dəyişdikdə, onun nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edilməlidir. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

DMX rəisi xatırladıb ki, təkcə bu ilin 9 ayında 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib: "Bəzi şəxslər isə bu qeydiyyata formal yanaşaraq tanımadığı, haqqında heç bir məlumatı olmayan şəxsləri ünvanına qeydiyyata aldırır, araşdırma zamanı məlum olur ki, həmin əcnəbi ümumiyyətlə qeydiyyatda olduğu ünvanda yaşamır. Bəzi hallarda da insanlar qanunvericiliyin bu tələbinə laqeyd yanaşır, əcnəbinin ümumiyyətlə qeydiyyata düşməsini təmin etmirlər. Şübhəsiz ki, məcəllənin tələbi pozulduğuna görə inzibati məsuliyyət yaranır və hər iki tərəfə – həm qonağa, həm də onu qəbul edən fiziki və yaxud hüquqi şəxsə cərimə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 575.3-cü maddəsində isə Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların ölkəmizdə olması, yaşaması və ya respublikanın ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-nin 577-ci maddəsinə əsasən isə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya ölkəmizdə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur".

F. Nəbiyev nəzərə çatdırıb ki, bu gün DMX Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. Amma qanunun tələbinə əməl etməyərək, qeydiyyatsız yaşayıb qanunsuz miqranta çevrilən əcnəbiyə təkcə inzibati xəta törətmiş şəxs kimi baxılması dünyada baş verən hadisələr fonunda mükəmməl yanaşma hesab olunmaya bilər. Çünki burada dövlətin, vətəndaşların insanların təhlükəsizliyi məsələsi də aktuallaşır: "DMX səlahiyyətləri çərçivəsində 9 ay ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirib və ümumilikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib. Söz yox bu gün Azərbaycanda təhlükəsizlik tam təmin edilib və sabitlik mövcuddur. Dövlətin müvafiq strukturları öz fəaliyyətlərini çox peşəkarlıqla yerinə yetirirlər. Lakin təkcə xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları yox, həm də hər bir vətəndaş ölkənin təhlükəsizliyi üçün ayıq-sayıq olmalı, ən azı qanunla müəyyən olunmuş, məsələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata düşməsini təmin etmək və qeydiyyat müddəti başa çatdıqda, yaxud yaşayış yerini dəyişdikdə Dövlət Miqrasiya Xidmətinə məlumat vermək kimi adi bir vəzifəsini layiqincə yerinə yetirməlidir. Bu təqdirdə həm qonağınız, həm də ölkəmiz təhlükəsiz olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4267   Tarix: 17 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 36
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 118
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27.04.2024 182
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 254
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

27.04.2024 386
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 147
.

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Ruanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi. Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib. Səfir bildirib ki, 30 il öncə Afrikanı

27.04.2024 124
.

Azərbaycanda makler və övladları bıçaqlandılar

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. "Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib

27.04.2024 269
.

Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb. Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib. "İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinq

27.04.2024 532