Qarabağda yaşayan ermənilərin sosial vəziyyəti bir qədər də ağırlaşıb

Qarabağda yaşayan ermənilərin sosial vəziyyəti bir qədər də ağırlaşıbAzərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin acınacaqlı sosial vəziyyəti bir qədər də ağırlaşıb.

BiG.AZ xəbər verir ki, bunu Ermənistanda çıxan "Jamanak" qəzeti məlumat yazıb.

Yazıda qeyd olunub ki, bölgədə çörəyin və başqa gündəlik tələbat mallarının qiyməti bir neçə dəfə qalxıb.

Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal altında saxlayan Ermənistanda da çörək və başqa gündəlik tələbat mallarının qiyməti artıb.

Qəzetin yazdığına görə, 2018-ci il yanvarın 1-dən ya çörəyin çəkisi azalacaq, ya da bu məhsul bahalaşacaq. Hazırda Ermənistanda bir çörəyin qiyməti 0,53 dollar, bir litr süd 1,01 dollar, 12 ədəd yumurta 1,32 dollar, toyuq ətinin bir kiloqramı 4,26 dollardır. Yanvar ayından isə bu məhsulların hamısının qiymətinin qalxacağı gözlənilir.

"Sosiometr" sosial araşdırma mərkəzinin direktoru, sosioloq Aqaron Adibekyan bildirib ki, Ermənistanda hər on ailədən biri ac yatır: "Ölkədə il ərzində apardığımız araşdırmaya əsasən, ailələrin 10 faizi ac yatır. Sözsüz ki, Yeni ildə gözlənilən bahalıq vəziyyəti daha da ağırlaşdıracaq".

Ermənistanın rəsmi statistikasına əsasən, ölkədə yoxsulların ümumi sayı 900 min nəfərdir. Onların 310 min nəfəri çox yoxsul, 60 min nəfəri isə olduqca yoxsuldur.

Mütəxəssislər hesab edirlər ki, öz əhalisinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəyə bilməyən Ermənistan hakimiyyəti və onun havadarları Azərbaycan topaqlarını işğal altında, oradakı erməniləri isə girov saxlayır.

Erməni ekspertlər bildiriblər ki, 2018-ci il yanvarın 1-dən ölkədə 800-dən artıq məhsulun qiyməti artacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

21:43 367
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 170
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 649
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

21:10 320
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 147
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 258
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

23:30 11
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 634
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

14:59 170