Azərbaycanda ikinci belə qadına rast gəlməmisiniz - FOTOLAR

Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir.

BiG.AZ sputnik-a istinadən xəbər verir ki, Sima Məmmədovanın 63 yaşı var. O, İsmayıllı rayonunun Yeniyol kənd sakinidir. Ömrünün böyük hissəsini balaları ilə birgə rayonunun, doğma kəndinin təbiətinin qorunmasına həsr edib.

Bu gün də təbiətimizin qorunması üçün əzmlə çalışır, təbiətin keşiyində durur. Tanıyanlar kişi qeyrətli bu qadının kişilərin belə, çətinliklə öhdəsindən gəldiyi bir peşənin sahibi olduğunu yaxşı bilirlər. İlk dəfə görənlər və haqqında eşidənlər isə heyrətlərini gizlədə bilmirlər.

Sima Məmmədova İsmayıllının Yeniyol, Qərsələ, Aşağı Qaraqaya, Yuxarı Qaraqaya, Sədiyan, Yuxarı Diyallı kəndlərinin meşələrində meşəbəyilik edir. Bu peşədə çalışan yeganə qadın olmasına baxmayaraq, işinin öhdəsindən layiqincə gəlməyi bacarır. Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir.

Sima nənə deyir ki, maraqlı, fərqli, çətin olduğu qədər də riskli peşənin sahibidir. Artıq o, özünü dağlarsız ucu-bucağı görünməyən meşələrsiz təsəvvür edə bilmir. Əsrarəngiz və həyat dolu meşələrdə dəfələrlə yırtıcı heyvanlarla qarşılaşsa da, əsla qorxmadığını deyir.

Artıq 12 ildir meşələri mühafizə edən Sima Məmmədova müxtəlif maraqlı hadisələrlə də qarşılaşıb. Ona bu işdə ailəsi də böyük dəstək verir. Kənd sakinləri də Sima Məmmədovanın qadın olmasına baxmayaraq, meşəbəyi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini bildirirlər.

Gününü, zamanını dağlar qoynunda keçirən Sima nənə ömrü yetdikcə bu işi davam etdirmək arzusundadır. Ağacların qırılmasından gileylənən meşəbəyi insanların ekologiyaya nə dərəcədə ziyan vurduqlarından xəbərsiz olduqlarını deyir, var gücü ilə meşələri qoruyacağını söyləyir.

Müsahibimiz bildirir ki, onu ilk at belində görənlər heyrətlənir, çox maraqla baxırlar: "Ümumilikdə 893 hektar əraziyə nəzarət edirəm. İlk vaxtlar çox çətinliklər yaşamışam. Kənd sakinləri və tanımadığım insanlarla müəyyən problemlər olub".

Dediyinə görə, bunun da ən başlıca səbəbi insanların meşələrə ziyan vurması və ağacların səbəbsiz yerə, qeyri-qanuni şəkildə qırılması olub. Zaman-zaman məcburən gecələr belə meşələrə baş çəkdiyini və ərazini gəzdiyini deyir.

Sima nənə Allahın bəxş etdiyi ömrün sonuna kimi layiqincə bu vəzifəsini yerinə yetirəcəyini də əminliklə vurğulayır.

Azərbaycanda ikinci belə qadına rast gəlməmisiniz - FOTOLARAzərbaycanda ikinci belə qadına rast gəlməmisiniz - FOTOLARAzərbaycanda ikinci belə qadına rast gəlməmisiniz - FOTOLARAzərbaycanda ikinci belə qadına rast gəlməmisiniz - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2796   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870